Bakıda avtoqəza baş verib, piyada ölüb

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə azturktv.az-nin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.
Onun sözlərinə görə, noyabrın 6-da saat 09:25 radələrində paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi “Wolkswagen” markalı avtomobillə piyada E.İrzayevanı vurub:
"Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb. Yol nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır".