• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
5.11.24 20:29
gundem / siyaset

Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Bişkekdə noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib.

azturktv.az xəbər verir ki, dövlət başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev muzeyinə gəldi.

Prezident İlham Əliyev əvvəlcə ev muzeyi ilə tanış oldu.

Məlumat verildi ki, muzey Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında - 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayırlar.

Ev muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.

Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.

Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.

Dövlətimizin başçısı ev muzeyinin xatirə kitabına ürək sözlərini yazdı.

Qeyd edək ki, dünyaşöhrətli yazıçının zəngin bədii irsinə Azərbaycanda da hər zaman böyük maraq olub. Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə bir nömrəli “Dostluq” ordenini Çingiz Aytmatova təqdim edib. Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə bu il aprelin 24-də Bakı şəhərində Çingiz Aytmatovun abidəsinin açılıb.

Sonra Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi mərasimi oldu.

Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Bu gün mən “Çingiz Aytmatov” ordenini Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim etmək şərəfinə nail oluram. Bu mükafat dərin hörmətin və yüksək nüfuzun rəmzidir. Bu, humanist dəyərlərin möhkəmləndirilməsinə, mədəni dialoqun dəstəklənməsinə və böyük yazıçımızın yaradıcı irsinin qorunub saxlanmasına Sizin verdiyiniz müstəsna töhfəyə görə minnətdarlıq əlamətidir.

Çingiz Aytmatov yalnız yazıçı deyil, həm də xalqlar arasında sülh, qarşılıqlı anlaşma və birlik ideyalarını təbliğ edən əsl körpü olub. Cənab Prezident, bu gün biz bu prinsiplərin Sizin fəaliyyətinizdə necə təcəssüm etdiyini görürük. Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətlərarası mübadilənin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir, digər ölkələrlə dinc və yaradıcı münasibətləri təşviq edir.

İcazə verin, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində və Çingiz Torekuloviçin həyatını həsr etdiyi dəyərlərin təbliğində yorulmaz səylərinizə görə Çingiz Aytmatov Beynəlxalq Fondu adından Sizə dərin təşəkkürümü bildirim. İnanırıq ki, Sizin səyləriniz sayəsində Aytmatovun adı bundan sonra da xalqları birləşdirəcək, mədəni tərəqqi və humanizm rəmzi olacaqdır.

Dərin hörmət və qürur hissi ilə Sizə müasir dünyada və ümumi mədəni irsimizin qorunub saxlanmasında oynadığınız rola verilən yüksək qiymətin əlaməti olan “Çingiz Aytmatov” ordenini təqdim edirəm. Sağ olun. Prezident İlham Əliyev: Sağ olun.

Eldar Aytmatov: İcazənizlə, ordeni təqdim edim.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Dövlətimizin başçısına “Çingiz Aytmatov” ordeni təqdim edildi.

Eldar Aytmatov: Qeyd etmək istəyirəm ki, bu bir nömrəli orden Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim olunur və həmçinin ilk dəfə Azərbaycanın bir nömrəli “Dostluq” ordeni Azərbaycan Prezidenti tərəfindən Çingiz Aytmatova təqdim edilib. Sağ olun.

Prezident İlham Əliyev çıxış edərək dedi:

-Sağ olun. Bu yüksək mükafata görə çox sağ olun. Fəaliyyətimə verilən bu qiymətə görə Çingiz Aytmatov Fonduna, həmçinin onun ailə üzvlərinə və yaxınlarına minnətdarlığımı bildirmək istəyirəm. Həm də bu ordeni onun yaşadığı, işlədiyi, yazıb-yaratdığı, ruhunun indi də dolaşdığı evdə almaq mənim üçün böyük şərəfdir. Mən buraya gələrkən təbii ki, Çingiz Torekuloviçin evinin necə olması barədə fikirləşirdim və məhz orada rahat, isti, yaxşı, yaxınlarının, əzizlərinin əhatəsində olduğu, yaşadığı, işlədiyi və böyük sənət yaratdığı evi gördüm. Onun yaradıcılığı bütün dünyaya məxsusdur. Qeyd etdiyiniz kimi, onun kitabları 185 dilə, demək olar ki, bütün dillərə tərcümə olunub. Bu gün sizdən öyrəndim ki, onun kitablarının yenidən, xüsusən, yeni tərcümədə nəşrinə tələbatın olması onu göstərir ki, Çingiz Aytmatovun həyata, insanlara, təbiətə, öz xalqına münasibətdə sözünə, fikirlərinə ehtiyac var. Sözsüz ki, onun yaradıcılığı bütün mümkün sədləri ötüb keçib və əbədi olaraq oxucuları sevindirəcək, düşünməyə, yəqin ki, bir çox məsələləri yenidən başa düşməyə sövq edəcək. Çünki onun yaradıcılığını çox sevən və bir çox əsərlərini oxuyan insan kimi deyə bilərəm ki, məhz onlar səni düşünməyə, hətta cəmiyyətə, dünyaya, təbiətə, öz fəaliyyətinə nəzər salmağa vadar edir. Atam Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də bütün Türk dünyasının fəxridir. Artıq dediyim kimi, o, dünyaşöhrətli yazıçı, ictimai xadim idi və onun əsərləri müxtəlif mədəniyyətlərə məxsus, müxtəlif qitələrdən olan insanlar tərəfindən başa düşülürdü. Amma, eyni zamanda, onun əsərlərini oxuduqda görürsən ki, Çingiz Aytmatov məhz öz ölkəsinin, öz xalqının problemlərinə dərindən nüfuz edirdi, öz xalqının nümayəndələrini təsvir edirdi. Yəni, o, sırf milli yazıçı idi, eyni zamanda, bütün dünya tərəfindən başa düşülürdü. Zənnimcə, onun mütəfəkkir kimi nadirliyinin sirri də bundadır.

Çingiz Aytmatova Azərbaycanda olan münasibətə gəldikdə, zənnimcə, bu barədə danışmağıma ehtiyac yoxdur. Onu bir insan kimi sevirdilər, onun çoxlu dostu var idi, bir sıra fotoşəkillər onun Azərbaycanın mədəniyyət xadimləri ilə görüşlərini əks etdirir. Həmçinin Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə böyük hörmətlə yanaşırdılar, onların çoxlu görüşləri olmuşdur və mənim atamdan gətirdiyim sitat məhz onun Çingiz Torekuloviçə bəslədiyi hisslərin təzahürüdür.

Bizim görüşümüzü xatırlayıram, yeri gəlmişkən, 2008-ci ildə görüşümüzü əks etdirən fotoşəkil digərləri ilə birlikdə burada nümayiş etdirilir. Siz də qeyd etdiniz ki, ilk “Dostluq” ordeni Çingiz Aytmatova təqdim olunub. Həmin vaxt bu orden mənim tərəfimdən, mənim təşəbbüsümlə yenicə təsis olunmuşdu. Açığını desək, düşünürdüm ki, hər halda rəqəmlərdə bir rəmzilik var, fikirləşirdim ki, bu bir nömrəli ordeni kimə təqdim edək. Sözsüz ki, ilk ağlıma gələn o oldu ki, onu Türk dünyasının hər hansı bir nümayəndəsinə verək. Sonradan sanki fikirlər ard-arda gəldi və qərar verildi. Bəlkə də bədahətən oldu, amma digər tərəfdən, bədahətən verilən bütün qərarlar bundan əvvəlki həyatda, öncəki zamanda sənin tərəfindən dərindən düşünülüb. Ona görə də bu, tamamilə şüurlu, yeganə düzgün qərar idi. O da bizim üçün xüsusi qürur mənbəyidir ki, bir nömrəli “Dostluq” ordeni Çingiz Torekuloviçə təqdim edilib. Mən bu il Bakıda onun abidəsinin açılışında çıxış etdim. Çingiz Aytmatovun heykəli mərkəzi küçələrdən birində ucaldılıb. Mən dedim ki, onun tezliklə aramızda olmayacağını güman etmirdik. Çünki o, Bakıya yaxşı əhvali-ruhiyyədə gəlmişdi, biz onunla çoxlu söhbət etdik, o, gələcək planlarından danışırdı, çox yaxşı görünürdü, mən buna ürəkdən sevindim. Amma bir neçə aydan sonra o, vəfat etdi. Əlbəttə, bu, kədər hissi doğurur, çünki o, hələ yaşaya, öz yaxınlarını sevindirə, onları qayğısı və şəfqəti ilə əhatə edə, həmçinin məhz bu gün aktual olan xeyli sayda əsər yarada bilərdi. Çünki onun bu dünyadan köçdüyü vaxtdan bəri həm bizim regionumuzda, həm də dünyada çoxlu hadisələr baş verib, zənnimcə, onun sözü çox mühüm olardı, təkcə bizim regionumuz üçün deyil, həm də ümumilikdə dünya siyasəti üçün. Çünki o, yaradıcılıq fəaliyyəti ilə yanaşı, həmçinin çox nüfuzlu ictimai xadim idi.

Məni Çingiz Torekuloviçin ocağına dəvət etdiyiniz, bu mükafata layiq gördüyünüz üçün sizə bir daha təşəkkür etmək istəyirəm. Sizi yaxın vaxtlarda Bakıya dəvət etmək, ailənizlə, Çingiz Torekuloviçin balaca davamçıları ilə birlikdə qonağımız olmağınızı istəyirəm. Onun abidəsini ziyarət etsinlər və onu tanıyanlarla, sevənlərlə ünsiyyətdə olsunlar. Bir daha təşəkkür edirəm.

Eldar Aytmatov: Çox sağ olun.

X X X

Daha sonra Prezident İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət etdilər.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.

13:44
Bişkekdə noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib.

Bu barədə "Report"un Bişkekə ezam olunan müxbiri xəbər verib.

Oxşar Xəbərlər

backend
Bakıda Heydər Əliyev və Çingiz Aytmatovun dostluğuna həsr olunmuş sərgi keçiriləcək
5.11.24 21:38
gundem / medeniyyet
backend
Dövlət Komitəsi yazıçı Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yayıb
9.01.24 21:12
gundem / medeniyyet
backend
Dövlət Komitəsi yazıçı Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yayıb
9.01.24 20:37
gundem / cemiyyet
backend
Prezident bir qrup şəxsi təltif etdi
21.04.22 20:18
gundem / siyaset
backend
SOCAR-a birinci vitse-prezident təyin olundu - SƏRƏNCAM
10.02.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

19:37 Türkiyədə avtobus aşıb, 16 nəfər xəsarət alıb
19:32 İranın qərbində PJAK qruplaşmasının 11 üzvü saxlanılıb
19:30 Orban Aİ və NATO-nun Rusiya ilə birbaşa münaqişəyə yaxınlaşdığını bəyan edib
19:27 Azərbaycanın "Avroviziya 2026"ya təmsilçi seçiminin final mərhələsinə 3 iştirakçı keçib
19:17 "Savadlı danışıq, xəbər dilində məsuliyyət" mövzusunda təlim keçirilib
19:14 Fərid Əhmədov Göyçayda vətəndaşları qəbul edib
19:10 İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb
19:07 Tərtərdə 146 kq at ətini mal əti adı ilə satmağa hazırlaşan dəstə tutulub
19:03 Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
18:56 Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb
18:54 Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 %-dən çox artıb
18:51 AAYDA-nin yeni sədri kollektivə təqdim edilib
18:48 Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 8 %-ə yaxın artırıb
18:44 Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 33 % artırıb
18:42 Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb
18:38 Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər
18:36 BDYPİ: Uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi vacibdir
18:32 Azərbaycan səfiri BMT-də mina təhlükəsi və keçmiş köçkünlərin qayıdışını gündəmə gətirib
20:15 Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
20:05 Azərbaycan XİN Yeni Zelandiyanı Milli Günü münasibətilə təbrik edib
20:02 Azərbaycan Prezidenti İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
19:57 Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
19:51 İlham Əliyev Kahramanmaraşdakı zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb
20:39 Ərdoğan: Türkiyə regionda sülh və sabitlik üçün çalışır
20:34 Avropa Komissiyasının rəhbəri və Zelenski "Ukraynanın rifah planı"nı müzakirə edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə avtobus aşıb, 16 nəfər xəsarət alıb
7.02.26 19:37
İranın qərbində PJAK qruplaşmasının 11 üzvü saxlanılıb
7.02.26 19:32
Orban Aİ və NATO-nun Rusiya ilə birbaşa münaqişəyə yaxınlaşdığını bəyan edib
7.02.26 19:30
Azərbaycanın "Avroviziya 2026"ya təmsilçi seçiminin final mərhələsinə 3 iştirakçı keçib
7.02.26 19:27
"Savadlı danışıq, xəbər dilində məsuliyyət" mövzusunda təlim keçirilib
7.02.26 19:17
Fərid Əhmədov Göyçayda vətəndaşları qəbul edib
7.02.26 19:14
backend
Türkiyədə avtobus aşıb, 16 nəfər xəsarət alıb
7.02.26 19:37
İranın qərbində PJAK qruplaşmasının 11 üzvü saxlanılıb
7.02.26 19:32
Orban Aİ və NATO-nun Rusiya ilə birbaşa münaqişəyə yaxınlaşdığını bəyan edib
7.02.26 19:30
Azərbaycanın "Avroviziya 2026"ya təmsilçi seçiminin final mərhələsinə 3 iştirakçı keçib
7.02.26 19:27
"Savadlı danışıq, xəbər dilində məsuliyyət" mövzusunda təlim keçirilib
7.02.26 19:17
Fərid Əhmədov Göyçayda vətəndaşları qəbul edib
7.02.26 19:14

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.