• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
9.10.24 18:31
gundem / siyaset

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB-4

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.

azturktv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

Çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verən Rusiya Prezidenti Vladimir Putin dedi: Buyurun, İlham Heydər oğlu, söz Sizindir.

Dövlət başçısı iclasda çıxış edib:

- Hörmətli Vladimir Vladimiroviç.

Hörmətli həmkarlar.

Vladimir Vladimiroviç, əvvəlcə Sizi keçmiş doğum gününüz münasibətilə bir daha təbrik etmək və Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Rusiyanın dost xalqına isə yeni uğurlar və nailiyyətlər arzulamaq istərdim. Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.

Fürsətdən istifadə edərək, Emoməli Şərifoviç Rəhmona Tacikistan Respublikasının növbəti il MDB-də sədrliyində uğurlar arzulamaq və keçmiş doğum günü münasibətilə bir daha təbrik etmək istərdim.

MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.

Fürsətdən istifadə edərək, Belarusu II MDB Oyunlarını uğurla keçirməsi münasibətilə təbrik etmək istərdim. Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıqda və onun keçirilməsində bizim üçün çox faydalı olacaq.

Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Hörmətli həmkarlar, bu gün MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək. Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.

Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar.

Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Vladimir Putin: İlham Heydər oğlu, çox sağ olun.

Sonra MDB Dövlət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirdi.

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirildiyini, əlaqələrin uğurla inkişaf etdiyini bildirdi.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iclasda çıxış etdi və 1941-1945-ci illər müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB xalqlarına və dünya ictimaiyyətinə birgə müraciəti oxudu.

Sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edərək MDB ölkələrinin parlamentlərarası əlaqələrindən, görüləcək işlərdən, nəzərdə tutulan layihələrdən danışdı.

Daha sonra sənədlər imzalandı.

Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatdı.

18:46
Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

azturktv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlətimizin başçısı iclasda çıxış edib:

-Hörmətli həmkarlar. Vladimir Vladimiroviç, əvvəlcə, Sizi doğum gününüz münasibətilə bir daha təbrik etmək və Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Rusiyanın dost xalqına isə yeni uğurlar və nailiyyətlər arzulamaq istərdim. Rusiya Federasiyasının Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.

Fürsətdən istifadə edərək, Emoməli Şərifoviç Rəhmona Tacikistan Respublikasının növbəti il MDB-də sədrliyində uğurlar arzulamaq və keçmiş doğum günü münasibətilə bir daha təbrik etmək istərdim.

MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.

Fürsətdən istifadə edərək, Belarusu II MDB Oyunlarını uğurla keçirməsi münasibətilə təbrik etmək istərdim. Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıqda və onun keçirilməsində bizim üçün çox faydalı olacaq.

Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Hörmətli həmkarlar, bu gün MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək. Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.

Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar.

Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Vladimir Putin: İlham Heydər oğlu, çox sağ olun.

18:07
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

azturktv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlətimizin başçısı iclasda çıxış edib.

16:46
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.

azturktv.az-nin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

16:07
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.

azturktv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Oxşar Xəbərlər

backend
İlham Əliyev Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edib - YENİLƏNİB + FOTO
27.12.22 20:38
gundem / siyaset

XƏBƏR LENTİ

21:12 Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
21:08 Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
20:57 Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - YENİLƏNİB
20:51 Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
20:43 Müdafiə Nazirliyinin hərbçilərinə ali hərbi rütbələr təqdim edilib
21:33 İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
21:27 Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşüb
21:21 Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
21:17 Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
21:13 Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
21:08 İlham Əliyev və Türkmənistan Prezidenti Şuşada Bülbülün ev-muzeyində olublar
21:03 İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada tanınmış şəxsiyyətlərin güllələnmiş büstlərinə baxıblar
20:59 Azərbaycan və Türkmənistan prezidentləri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar
20:50 Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
20:45 İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
20:39 Azərbaycan və Türkmənistan prezidentləri Şuşada gəzinti zamanı balaca sakinlərlə görüşüb
20:35 2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
20:30 İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
20:25 Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
20:20 İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib
21:59 Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq – YENİLƏNİB
21:56 Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib
21:52 Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək – YENİLƏNİB
21:49 Türkiyə XİN: Qara dənizdə ölkəmizə məxsus gəmiyə hücum nəticəsində iki vətəndaşımız yaralanıb
21:46 Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb, araşdırma aparılır
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
26.06.26 21:12
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.26 21:08
Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - YENİLƏNİB
26.06.26 20:57
Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
26.06.26 20:51
Müdafiə Nazirliyinin hərbçilərinə ali hərbi rütbələr təqdim edilib
26.06.26 20:43

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
23.06.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.