• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
4.09.24 21:33
gundem / idman

Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı

Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

"Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı. Cüdoçularımız Hidayət Heydərovla Zelim Kotsoyevin qızıl, taekvondoçumuz Qaşım Maqomedovla boksçumuz Alfonso Dominqesin gümüş, güləşçilərimiz Həsrət Cəfərov, Giorgi Meşvildişvili və Maqomedxan Maqomedovun bürünc medalları ölkəmizə yeni tarixi uğur qazandırdı. 2 qızıl, 2 gümüş, 3 bürünc medalla 204 ölkə arasında 30-cu olmaq yeni Olimpiya rekordumuz oldu. Azərbaycan Avropa ölkələri arasında 18-ci, müsəlman ölkələri arasında 3-cü yeri tutdu".

azturktv.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov avqust ayında Azərbaycan idmançılarının qazandıqları uğurlar barədə danışarkən deyib.

O, yarışlarda fəxri kürsüyə yüksələn idmançılarla yanaşı, özünü yaxşı tərəfdən göstərən təmsilçilərimizin sayının artdığını diqqətə çatdırıb: "Atletimiz Anna Skidanın 7-ci, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın isə 5-ci olması da əvvəlki Olimpiadalarla müqayisədə uğurlu və hər iki növdə yeni rekordumuzdur. Kamandan oxatma yarışlarında idmançımız Yaylagül Ramazanovanın əzmkar mübarizəsi də hər birimizi sevindirdi və dünya mediasının Olimpiya Oyunlarında ən çox işıqlandırdığı idmançılardan biri oldu. Şadam ki, idmançılarımız xalqımızı öz qələbələri ilə sevindirə bildilər. Bu uğurlu tarixi nəticə münasibətilə bütün idman ictimaiyyətini, idman həvəskarlarını təbrik edirəm".

Nazir əldə olunan uğurların dövlətin məqsədyönlü siyasətinin, bu sahəyə göstərilən diqqət və qayğısının, eləcə də federasiyaların düzgün iş prinsipinin bariz nümunəsi olduğunu söyləyib: "Qazanılan uğurlar dövlətin məqsədyönlü siyasətinin, bu sahəyə göstərilən diqqət və qayğısının, eləcə də federasiyaların düzgün iş prinsipinin bariz nümunəsidir. Olimpiya Oyunlarında yüksək nəticələr göstərmiş idmançılarımızın, onların məşqçilərinin mükafatlandırılması dövlət başçısının idmana qayğısının daha bir təzahürü oldu. Vətənə qayıtdıqdan dərhal sonra Prezident İlham Əliyevin idmançılarla görüşü də xüsusilə əlamətdar oldu. Medal qazanan idmançılarımızı tarixi qələbə münasibətilə təbrik edən prezidentimiz olimpiyaçılarımızın qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini bildirdi. Daim Azərbaycan idmançılarının yanında olduqları üçün cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarıq. Dövlətimizin başçısı cənab İlham Əliyevin Olimpiya mükafatçılarımız və onların məşqçilərini qəbul etməsi, Parisdə qazanılan nəticəni yüksək qiymətləndirməsi, qalibləri təbrik etməsi təkcə olimpiyaçılarımız üçün deyil, bütün idmançılarımız üçün əsl motivasiya oldu. Prezident İlham Əliyevin dediyi kimi, Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Şübhəsiz ki, qazanılan medallar uşaq və gənclərimizi idmana həvəsləndirən əsas stimullardan biridir. Dövlətimizin başçısının da öz çıxışında qeyd etdiyi kimi: “Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir”.

Fərid Qayıbov Olimpiada zamanı Parisdə fəaliyyət göstərən Olimpiya Evinin ölkəmizin təbliğində böyük rol oynadığını vurğulayıb: "Olimpiada müddətində Parisdə Azərbaycan Olimpiya Evinin fəaliyyət göstərməsi də ölkəmizin və idmanımızın təbliği baxımından böyük rol oynadı. Burada həm qalib idmançılarımız, həm də müxtəlif ölkələrin və beynəlxalq idman təşkilatlarının nümayəndələri üçün qəbullar təşkil olundu. Bir sıra ölkələrin gənclər və idman nazirləri, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri, Beynəlxalq Üzgüçülük Federasiyasının, Beynəlxalq Güləş Federasiyasının, Beynəlxalq Cüdo Federasiyasının, Beynəlxalq Gimnastika Federasiyasının, Dünya Taekvondo Federasiyasının və digər beynəlxalq federasiyaların rəhbərləri və nümayəndələri, Olimpiya və dünya çempionları ilə görüşlərimiz oldu. Azərbaycan Olimpiya Evində gənclər və idman sahələrində Azərbaycan və Çad arasında “Əməkdaşlığa dair Anlaşma Memorandumu” imzaladıq, həmçinin Türkiyəli həmkarımla Osman Aşkın Bak ilə də görüşüm oldu".

Nazir paralimpiyaçılarımızın Fransa paytaxtında uğurlu çıxışına da toxunub: "İnanıram ki, Olimpiadada qazanılan uğurlu nəticə əhali arasında, xüsusən də gənclərdə idmana marağı və sevgini daha da artıracaq. İdmanla məşğul olmaq istəyənlərin sayı daha da çoxalacaq. Sözsüz ki, bunun üçün də müxtəlif layihələrimiz və dövlət dəstəyi də davam edəcək. Bütün yaş qruplarında əhalini idmana cəlb etmək prioritet olaraq qalacaq. Azərbaycanda keçirilən yarışlarda idmançılarımıza dəstək daha çox olacaq. Hər bir valideynin öz uşaqlarını yarış zallarına gətirməsi onlarda idmana maraq oyanmasına, idmanı sevməsinə, idman barədə daha çox məlumatlı olmasına səbəb olacaq.

Olimpiyaçılarımızın ardınca paralimpiya idmançılarımız da Paris-2024-də bizi sevindirirlər. İlk gündən mübarizəyə uğurla başlayan komandamız artıq 3 medal qazanmağa nail olub. Parataekvondoçumuz İmaməddin Xəlilovun, paraatletlərimiz Səid Nəcəfzadə və Lamiyə Vəliyevanın qızıl, paraüzgüçümüz Raman Saleinin gümüş və bürünc, parataekvondoçumuz Sabir Zeynalovun bürünc medalları münasibətilə idmançıları, məşqçiləri, idman azarkeşlərini təbrik edirəm. Paralimpiya komandamıza uğurlu çıxışlarını davam etdirməyi arzulayıram".

Qayıbov sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərdən də bəhs edib: "Yola saldığımız ay təkcə olimpiya uğurlarımızla deyil, digər nailiyyətlərlə də zəngin oldu. Sağlam həyat tərzinin təbliği məqsədilə keçirdiyimiz müxtəlif yarış və tədbirlər avqustda da kütləviliklə müşayiət olundu. Dövlət qurumlarının əməkdaşları arasında padel və çimərlik voleybolu yarışlarında təmsil olunan bütün qurumlara təşəkkür edirəm. Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı da bu dəfə yeni formatda təşkil edildi. Artıq ənənəvi hal almış kütləvi yarışlarımızdan biri olan III “Kürü keçək?!” yarışı, “Xəzər dalğası”nı da nəzərə alsaq, sayca 4-cü açıq suda üzmə yarışımız oldu. Bu dəfə kütləvilik də əvvəlki illərdən daha çox idi. İlk yarışda 100, ikinci yarışda 300 iştirakçı var idisə, bu dəfə 500 nəfər Kürü bizimlə keçmək üçün müraciət etmişdi.

“İdman paytaxtımız” Quba şəhərində “Ulduz kuboku” uğrunda ilk beynəlxalq futbol turnirinin təşkili uşaq və yeniyetmələr arasında bu idman növünə marağın artırılması istiqamətində növbəti addım oldu. Beş ölkədən 8 komandanın iştirakı ilə baş tutan ilk turnir inanıram ki, ənənə halını alacaq və gənc futbolçularımızın inkişafı üçün faydalı olacaq. Bu günlərdə ölkəmiz həndbol və padel üzrə beynəlxalq turnirlərə də ev sahibliyi etdi. Əminəm ki, bu turnirlər də həmin növlərin inkişafında öz töhfəsini verəcək".

O, ölkəmizdə fəaliyyət göstərən idman qurğularının vəziyyəti, yeni idman mərkəzlərinin fəaliyyətə başlamasının əhəmiyyətindən danışıb: "Heydər Əliyev adına İdman-Konsert Kompleksində fəaliyyət göstərən bir sıra idman bölmələrinə də baxış keçirdik. Kompleksin buz meydançasında qızlardan ibarət fiqurlu konkisürmə, oğlanlardan ibarət hokkey bölmələrinin məşq proseslərini izlədik, yeni yaradılan körlinq idman növü ilə də maraqlandıq. Şadam ki, burada qısa müddətdə yeni bölmələr açmaq mümkün olub. Hazırda Ulu Öndərimizin adını daşıyan bu kompleksdə idmanın konkisürmə, hokkey, körlinq, bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, gimnastika hamı üçün, parkur, TeamGym, hava gimnastikası, xüsusi olimpiya gimnastikası, cüdo, MMA, stolüstü tennis, şahmat və fitnes növləri ilə məşğul olmaq üçün əlverişli şərait və bölmələr yaradılıb. Azərbaycanda ən böyük trenajor zalı da məhz bu kompleksdə fəaliyyət göstərir. Fürsətdən istifadə edərək bütün yaş qruplarından olan insanları burada idmanla məşğul olmağa dəvət edirəm.

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının regional mərkəzinin Azərbaycanda açılması ölkəmizdə bu idman növünün gələcəkdə daha da inkişafına təkan verəcək. Açılışında iştirak etdiyim akademiya həm məşqçilər, həm də idmançıların inkişafı üçün çox vacibdir. Eləcə də, bu günlərdə Qusar Olimpiya İdman Kompleskində Cüdo Təlim Mərkəzinin açılması bu idman növünün təbliği və geniş yayılması üçün faydalı olacaq".

Fərid Qayıbov Azərbaycan Gənclər və İdman Nazirliyinin 30 illiyi münasibətilə müxtəlif tədbirlər keçirildiyini yazıb: "Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamı ilə 1994-cü il iyulun 26-da yaradılmış Gənclər və İdman Nazirliyinin 30 illiyi tamam oldu. Bu münasibətlə bir sıra tədbirlər keçirildi. Bir sıra federasiyalar nazirliyin yubileyi münasibətilə maraqlı yarışlar təşkil etdilər. Buna görə də hər bir federasiyaya bu addıma görə təşəkkür edirəm. “Heydər zirvəsi”nə bir qrup əməkdaşımızın yürüş etməsi də 30 illik yubileyin rəmzi və maraqlı anlarından oldu".

Oxşar Xəbərlər

backend
Paris-2024: Azərbaycan olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atıb
11.08.24 20:20
gundem / idman
backend
Azərbaycan idmançıları 2023-cü ildə rekord sayda, 1 472 medal qazanıblar - FOTO
29.12.23 20:07
gundem / idman
backend
Azərbaycan idmançıları 2023-cü ildə rekord sayda, 1 472 medal qazanıblar - FOTO
29.12.23 20:07
gundem / idman
backend
FHN-in idmançıları qələbələr əldə edir - FOTO
18.01.22 21:06
gundem / idman

XƏBƏR LENTİ

22:02 Şəhid ailəsi qəzaya düşdü - 5 nəfər yaralandı
21:58 Sabunçuda ağır qəza - Ata öldü, oğlu yaralandı
21:53 Türkiyə və İranın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər
21:51 Türkiyə XİN Suriyanın cənubunda baş verən zorakılıq hadisələrinə şərh verib
21:48 Tbilisidə yaşayış binası uçub, ölən var
21:46 Kelloq Zelenski ilə ABŞ silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib
21:42 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan badmintonçuları açıqlanıb
21:40 Dünya Kamandan Oxatma Federasiyası Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib
21:37 Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək
21:33 Bağçalarda tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulunun tarixi açıqlanıb
21:27 Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib
21:23 Bu ilin birinci yarısında miqrasiya qanunvericiliyini pozan 1007 əcnəbi cərimələnib, ölkəyə girişləri məhdudlaşdırılıb
21:20 Azərbaycan Çinlə iqtisadi əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə edib
21:17 QDTİB Azərbaycanın iştirakı ilə nəqliyyat dəhlizləri üzrə prioritetləri müəyyən edib
21:12 Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə evlərin açarları təqdim edilib - YENİLƏNİB
21:07 Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM
21:03 Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi sonuncu oxunuşda qəbul edilib
20:57 MM informasiya agentliklərinə dair yeni tələbləri III oxunuşda qəbul edib
22:18 Ərdoğan Ukraynanın yeni səfirini qəbul edib
22:16 Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olunub
22:14 ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
22:12 Rusiyanın yeni nəqliyyat naziri təyin edilib - YENİLƏNİB-2
22:10 İsrail aviasiyası Livanın şimalını bombalayıb
22:08 Vaqif Poeziya Günlərinin keçiriləcəyi şəhərlər açıqlanıb
22:06 Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyin olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Şəhid ailəsi qəzaya düşdü - 5 nəfər yaralandı
14.07.25 22:02
Sabunçuda ağır qəza - Ata öldü, oğlu yaralandı
14.07.25 21:58
Türkiyə və İranın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər
14.07.25 21:53
Türkiyə XİN Suriyanın cənubunda baş verən zorakılıq hadisələrinə şərh verib
14.07.25 21:51
Tbilisidə yaşayış binası uçub, ölən var
14.07.25 21:48
Kelloq Zelenski ilə ABŞ silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib
14.07.25 21:46
backend
Şəhid ailəsi qəzaya düşdü - 5 nəfər yaralandı
14.07.25 22:02
Sabunçuda ağır qəza - Ata öldü, oğlu yaralandı
14.07.25 21:58
Türkiyə və İranın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər
14.07.25 21:53
Türkiyə XİN Suriyanın cənubunda baş verən zorakılıq hadisələrinə şərh verib
14.07.25 21:51
Tbilisidə yaşayış binası uçub, ölən var
14.07.25 21:48
Kelloq Zelenski ilə ABŞ silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib
14.07.25 21:46
backend
Şəhid ailəsi qəzaya düşdü - 5 nəfər yaralandı
14.07.25 22:02
Sabunçuda ağır qəza - Ata öldü, oğlu yaralandı
14.07.25 21:58
Türkiyə və İranın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər
14.07.25 21:53
Türkiyə XİN Suriyanın cənubunda baş verən zorakılıq hadisələrinə şərh verib
14.07.25 21:51
Tbilisidə yaşayış binası uçub, ölən var
14.07.25 21:48
Kelloq Zelenski ilə ABŞ silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib
14.07.25 21:46

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.