İqtisadiyyat nazirinin I müavini Lerikdə vətəndaşları qəbul edib
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Lerik şəhərində Lənkəran şəhəri, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edib.
AZTURKTV nin İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi, infrastruktur, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.