• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.05.24 21:11
gundem / siyaset

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz.

Ölkəmizə yenidən səfər edən əziz dostum Prezident Radevi görməyə çox şadam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olur və qarşılıqlı səfərlərin həyata keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilib. Mən şadam ki, biz səmərəli müzakirələrimizi davam etdirəcəyik və tərəfdaşlığımızı gücləndirəcəyik.

Cənab Prezidentlə görüşümüzdə əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik və əlbəttə ki, əsas diqqəti yeni nəticələr əldə olunmasına yönəltdik. Bilirəm ki, nümayəndə heyətlərinin üzvləri artıq təmasda olublar, bəziləri dünən, bəziləri bu gün. Müzakirə etməli çox məsələlər var. Gündəlik həqiqətən də çox genişdir, güclü siyasi əlaqələr var. Bu gün biz strateji tərəfdaşlığımızın gücləndirilməsinə dair Bəyannamə imzalayacağıq. İqtisadi, enerji, nəqliyyat sektorları - hamısı çox yaxşı səviyyədədir. Mən tərəfdaşlığımızı nəzərdə tuturam və əlbəttə ki, humanitar əlaqələri. Əməkdaşlıq razılaşması imzalamış iki şəhərdən - Veliko Tırnova və Şuşadan olan təmsilçilər də əməkdaşlığımızın əhəmiyyətli hissəsinə töhfə verir.

Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək. Beləliklə, cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.

x x x

Prezident Rumen Radev çıxış edərək dedi:

- Cənab Prezident, əziz dostum İlham Əliyev, ənənəvi səmimi qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bildiyimiz kimi, bu, son iki ildə bizim dördüncü görüşümüzdür və bu, çox yaxşı haldır. Çünki yüksək səviyyəli siyasi təmaslar bizim qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaradır. Biz enerji sektorunda aparılan əməkdaşlıqdan çox məmnunuq. Son iki il ərzində biz çoxlu işlər görmüşük. Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən iştirak etdiniz. Bununla yanaşı, SOCAR-ın nümayəndəliyinin açılışında iştiraka görə Sizə təşəkkür edirəm. Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memorandumu əsasən həyata keçirilir.
Biz Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkənizlə birlikdə işləyə biləcəyimizə görə çox məmnunuq. Aydındır ki, biz birlikdə işləməklə təkcə ikitərəfli əməkdaşlığımızı gücləndirmirik. Bu, Qafqaz və Qara dəniz regionun sabitliyi və iqtisadi inkişafı üçün atılan bir addımdır. Bu, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün atılan bir addımdır.

12:41

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

12:02

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü başlayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

backend
Azərbaycan və İraq prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB
20.11.23 19:58
gundem / siyaset
backend
Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
30.05.23 21:17
gundem / siyaset

XƏBƏR LENTİ

21:29 Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
21:13 Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
21:10 Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək
21:07 Ankarada axtarışda olan FETÖ üzvü saxlanılıb
21:03 Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb
20:58 Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək
20:55 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
20:51 İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilib
20:43 Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
20:36 "AzərEnerji" Naxçıvanda 114 milyon manata yarımstansiya tikəcək
20:30 İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib
20:25 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
20:21 XİN: Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu
20:18 Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
20:14 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib
20:11 İlham Əliyev: Şeyx Zayed adına olan mükafat mənim üçün çox böyük məna daşıyır
20:08 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
20:02 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib
19:57 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
19:48 Yardımlı rayonunun İcra başçısı vəzifəsindən azad edilib
22:10 Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
22:00 Tokayev Cənubi Koreyada dövlət səfərindədir
21:47 Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
21:39 Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
21:35 Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
15.09.26 21:29
Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
15.09.26 21:13
Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək
15.09.26 21:10
Ankarada axtarışda olan FETÖ üzvü saxlanılıb
15.09.26 21:07
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb
15.09.26 21:03
Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək
15.09.26 20:58
backend
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
15.09.26 21:29
Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
15.09.26 21:13
Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək
15.09.26 21:10
Ankarada axtarışda olan FETÖ üzvü saxlanılıb
15.09.26 21:07
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb
15.09.26 21:03
Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək
15.09.26 20:58
backend
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
15.09.26 21:29
Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
15.09.26 21:13
Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək
15.09.26 21:10
Ankarada axtarışda olan FETÖ üzvü saxlanılıb
15.09.26 21:07
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb
15.09.26 21:03
Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək
15.09.26 20:58

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.