• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
15.03.24 22:00
gundem / siyaset

İlham Əliyev BMT-nin İnkişaf Proqramının administratorunu qəbul edib - YENİLƏNİB + FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştayneri qəbul edib.

AZƏRTAC xəbər verir ki, Axim Ştayner COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın sədrliyi münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, BMT-nin İnkişaf Proqramı COP29-un keçirilməsi istiqamətində Azərbaycan ilə əməkdaşlığa hazırdır.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Qonaq Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında Azərbaycanla UNDP arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğun olaraq yaşıl artım və rəqəmsal transformasiyanın həyata keçirilməsində BMT-nin İnkişaf Proqramının sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası haqqında məlumat verib, yaşıl keçidin ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı ölkəmizin bərpa olunan və yaşıl enerji potensialının 200 giqavatdan artıq olduğunu və yaxın müddətdə Azərbaycanın 5 meqavat gücündə bərpa olunan enerji resursu istehsal etmək imkanı olacağını deyib. Bu xüsusda Azərbaycanın Xəzər dənizini və Qara dənizi birləşdirən bərpa olunan yaşıl enerji dəhlizinin formalaşdırılması təşəbbüsü ilə çıxış etdiyini və bu istiqamətdə region ölkələri ilə birgə əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl keçidin prioritet istiqamət kimi müəyyən edildiyini bildirib.

Prezident İlham Əliyev ölkəmizin xarici investorların cəlb edilməsi, təbii resursların hasilatı, ondan əldə olunan gəlirlərin səmərəli istifadəsi və inkişafa xidmət etməsi istiqamətində təcrübəyə malik olduğunu vurğulayıb.

Qonaq Azərbaycanın inkişaf təcrübəsinin dünyanın digər ölkələri üçün də maraqlı ola biləcəyini qeyd edib.

Axim Ştayner vurğulayıb ki, Azərbaycanın yaşıl keçid transformasiyası COP29-a ev sahibliyi etməsi konsepsiyası ilə tam uyğunluq təşkil edir və ölkəmizin nümunəsi beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Prezident İlham Əliyev Axim Ştayneri COP29 konfransına dəvət edib.

Qonaq dəvəti minnətdarlıqla qəbul edib.

Görüşdə Azərbaycanın inkişaf proqramının regional nəqliyyat dəhlizini və Orta Dəhlizi, kənd təsərrüfatını, turizmin inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, su resurslarının səmərəli idarə olunmasını və digər sahələri əhatə etdiyi bildirilib.

Söhbət zamanı ərazilərin minalardan təmizlənməsində Azərbaycan ilə UNDP arasında əməkdaşlığın dərinləşdirilməsinin önəminə toxunulub, bu sahədə UNDP ilə birgə Bakıda illik əsasda keçirilən konfransın vacibliyi vurğulanıb. Azərbaycanın hazırda UNDP ilə birlikdə qlobal humanitar minatəmizləmə üzrə regional təlim mərkəzi kimi rolunun inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparılıb.

Qonaq qeyd edib ki, UNDP humanitar minatəmizləmə sahəsində Azərbaycan ilə əməkdaşlığa hazırdır.

Ərazilərimizin işğaldan azad olunmasından indiyədək ermənilərin basdırdıqları minaların partlaması nəticəsində 350-dən çox vətəndaşımızın həlak olduğu və yaralandığı bildirilib.

Axim Ştayner XI Qlobal Bakı Forumunun əhəmiyyətinə də toxunaraq, bu tədbir çərçivəsində aparılan müzakirələrin vacibliyini vurğulayıb.

14:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının administratoru Axim Ştayneri qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

backend
İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB + FOTO
13.03.24 21:38
gundem / siyaset
backend
İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib - YENİLƏNİB + FOTO
1.03.24 21:32
gundem / siyaset
backend
İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibini qəbul edib - YENİLƏNİB
2.02.24 20:30
gundem / siyaset

XƏBƏR LENTİ

20:50 Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
20:46 Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
20:41 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
20:39 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
20:36 Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
20:32 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
20:28 Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
20:25 Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
20:23 Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20:17 Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
20:14 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
20:09 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
19:57 Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
19:53 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
19:50 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
19:44 Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
19:38 Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
19:29 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
21:46 Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
21:43 Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
21:41 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:38 XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
21:36 Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
21:33 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
21:29 Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.