• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
13.03.24 22:33
gundem / tedbirler

“Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” mövzusunda təlim keçilib - FOTO









MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
13 mart 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” mövzusunda ilk təlim keçilib.

Təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ekoloji məsələlərin ümumbəşəri əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu istiqamətdə peşəkar medianın üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib, medianın ilk növbədə ekoloji maarifləndirməyə böyük diqqət göstərməli olduğunu, həmçinin insanların ekoloji savada yiyələnməsinin təşviqində oynadığı müstəsna rolu qeyd edib. İcraçı direktor həmçinin diqqətə çatdırıb ki, Azərbaycan mediası COP29-un yaratdığı imkanlardan faydalanaraq bu istiqamətdə işini səmərəli mexanizmlər əsasında qurmalı, öz subyektiv mülahizələrini əsas götürərək ölkəmizin imicini ləkələmək istəyənlərə tutarlı arqumetlərlə cavab verməlidir.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkə reallıqlarının dünya ictimaiyyətinə effektiv çatdırılmasına böyük imkanlar yaradacaq, davamlı təşkil olunacaq bu tip təlimlər jurnalistlərimizin COP29-la bağlı biliklərini daha da artıracaq.

Azərbaycan Respublikası Energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş İcraçı direktor Elnur Soltanov ətraf mühitin qorunmasında, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılmasında və Azərbaycanda iqlim dəyişikliyinin əhəmiyyəti barədə məlumatlılığın artırılmasında media nümayəndələrinin böyük rolunun olduğunu söyləyib.

İngilis dilində keçirilən təlimdə bərpa olunan enerji, iqlim dəyişikliyi məsələləri və dayanıqlılıq üzrə ixtisaslaşmış kommunikasiya mütəxəssisi Nik Mediç “İqlim dəyişikliyinin elmi əsasları”, “Bərpa olunan enerji: texnologiya və inkişaf” adlı sessiyalarda çıxış edib.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş Elmi İşçisi, təlimçi Əhməd Hümbətov isə “Mədən yanacaqları: onlar ətraf mühitə nə qədər mənfi təsir göstərir və biz həqiqətən onlarsız keçinə bilərikmi?”, “İqlim dəyişikliyinin iqtisadi və siyasi aspektləri” sessiyalarında media nümayəndələri ilə geniş müzakirələr aparıb.

Sonda təlimçilər iqlim dəyişikliyi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırılıblar.

Oxşar Xəbərlər

backend
Ceyhun Bayramov BMT rəsmisi ilə COP29-a hazırlıq işlərini müzakirə edib
1.02.24 20:46
gundem / siyaset
backend
Medianın İnkişafı Agentliyinin üç yaşı tamam olur
12.01.24 21:25
gundem / siyaset

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.