• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
15.02.24 21:21
gundem / medeniyyet

Heydər Əliyev Mərkəzində rəssam Kojo Marfonun sərgisinin açılışı olub - FOTO


















MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Heydər Əliyev Mərkəzində qanalı rəssam Kojo Marfonun “Ümid sınağı” (“Crucible of hope”) adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Açılış mərasimdən əvvəl rəssam Kojo Marfo jurnalistlərə açıqlamasında sərginin möhtəşəm təşkil edildiyini deyib:

“Bura gəlməzdən əvvəl Azərbaycanla bağlı ünvanladığım suallarımda ancaq xoş sözlər eşitdim. Bakıya ilk gəlişimdir. Burada olmaqdan və sərgimi keçirməkdən çox məmnunam. İnsanları mədəniyyət yaxınlaşdırır. Mədəniyyət sahəsində bizləri birləşdirən bir çox xüsusiyyətlər var. İlk sərgimi keçirməzdən əvvəl kifayət qədər həyatımı düşündüm. Həyatıma bir çox simalar daxil oldu, məhz onlar mənim əsərlərimin özünü təşkil edirlər və onlar məni sərgi keçirməyə həvəsləndirdilər. Bu isə insana hər zaman ümid verir”.

Açılış mərasimində çıxış edən sərginin kuratoru Jan-Davit Malat Bakıya səfərinin bu əsərləri digər insanlara sərgiləməklə yanaşı, həmçinin gözəl şəhərdən həzz almaq imkanı yaratdığını qeyd edib. O, Kojo Marfonun solo sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova öz minnətdarlığını bildirib, bundan sonra da bu cür sərgilərin keçiriləcəyinə ümidvar olduğunu söyləyib.

Rəssam Kojo Marfo çıxışı zamanı bildirib ki, sərgi onun uşaqlıq illərində gördüklərinə ithaf olunub, hər bir əsərin ardında bir mesaj dayanıb və bu mesajlar əsərlərlə insanlar arasında olan bağlantını əks etdirir. K.Marfo qeyd edib ki, əsərlərin mövzusu insanlara xas olan, onların vacib bildiyi amallarla bağlıdır.

“Mənim üçün böyük şərəfdir ki, yaratdığım əsərləri belə gözəl, möhtəşəm binada sərgiləmək imkanı qazandım. Bunun üçün Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm”, - deyə rəssam əlavə edib.
Sonra sərgiyə baxış olub.

Sərgidə rəssam Kojo Marfonun əlvan rəngləri ilə nəzərləri özünə cəlb edən, izləyicilərinə xoş, hətta bəzən bayram əhvali-ruhiyyəsi bəxş edən 20-dən çox əsəri nümayiş olunub.

Sərgilənən əsərlər qanalı rəssamın uşaqlıq xəyallarını müasir dünyanın reallığı ilə bir-birinə qarışdırır. Hər bir əsərində isə bir-birinə məharətlə bağlanan məna və emosiya qatları ziyarətçilərə Kojo Marfonu daha dərindən kəşf etmək imkanı qazandırır. Marfonun əsərləri cəmiyyət üçün güzgü funksiyasını daşıyır, dərin düşüncələrin yaranmasına ilham verir. Rəssamın fərqli zəkasını, yumor hissini və dərin müşahidə bacarığını nümayiş etdirən bu sərgi ziyarətçilərə Marfonun özünün hansı düşüncələrə malik olduğunu anlamağa fürsət yaradır.

Qeyd edək ki, Kojo Marfo Londonda yaşayan qanalı rəssamdır. O, uşaqlıqdan tanış olduğu Afrikanın ənənəvi Akan artefaktlarının, heykəllərinin təsiri altında rəssam kimi inkişaf edib. Çoxsaylı səyahətlər də Marfonun müxtəlif mədəniyyətlərlə tanışlığına və həmin mədəniyyətlərin yaradıcılığında əks edilməsinə səbəb olub. Marfonun yaradıcılığı ilə tanışlıq mədəniyyət dəhlizləri ilə səyahət etməyə bənzəyir.

Kojo Marfonun sənət əsərləri bundan əvvəl Amsterdam, Barselona, London, Nyu-York, Paris, Tokio və digər şəhərlərdə nümayiş etdirilib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:44 Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
21:42 Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
21:36 SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
21:32 Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
21:30 Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
21:25 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
21:22 "Gəncə" basketbol klubunun baş məşqçisi Martin Knejeviçin köməkçilərindən biri məlum olub
21:18 Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
21:15 Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
21:13 Bu il ali məktəblərə qəbul olunan 37 şəhid ailəsi üzvü təqaüd proqramının qalibi olub
21:10 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib
21:06 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
21:04 İsmayıllıda toyda kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb
21:00 Ağdaşda məzhəb ayrı-seçkiliyi ilə mübarizəyə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
20:57 Qubada aqrar təhsil və istehsalatın inteqrasiyasına həsr olunmuş regional konfrans keçirilib
20:53 Azərbaycan ilə Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
20:50 BP Azərbaycanda BOEM sahəsində yerli mütəxəssislərin inkişafına dəstək verəcək
20:46 Nazir: TRİPP-lə bağlı son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir
20:32 Muxtar Babayev: Azərbaycana COP31-də əlavə konsensusun əldə edilməsi üçün missiya verilə bilər
20:19 İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib
21:37 Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq
21:30 İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
21:23 Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb
21:16 Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib
21:11 Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
9.09.26 21:44
Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
9.09.26 21:42
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
9.09.26 21:36
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
9.09.26 21:32
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
9.09.26 21:30
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
9.09.26 21:25
backend
Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
9.09.26 21:44
Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
9.09.26 21:42
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
9.09.26 21:36
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
9.09.26 21:32
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
9.09.26 21:30
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
9.09.26 21:25

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.