• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.02.24 20:54
gundem / siyaset

Azərbaycanın siyasi partiyaları İlham Əliyevi təbrik ediblər - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Respublikaçı Alternativ Partiyası məlumat yayıb.

Təbrikdə İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasında rolu xüsusi vurğulanıb.

10:58

Azərbaycan Milli İstiqlal Partiyası bəyanat yayıb.

Oxu.Az-ın məlumatına görə, bəynatda deyilir:

“Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar prezident seçkisi elan olunduqdan dərhal sonra seçkidə iştirakla bağlı məsələni partiya daxilində ətraflı müzakirəyə çıxarıb. AMİP Siyasi Şurası 15 dekabr 2023-cü il tarixdə müzakirələri yekunlaşdırmaqla müvafiq Qərar qəbul edib və 7 fevral 2024-cü il prezident seçkisində partiyanın öz namizədi ilə iştirakı məqsədəuyğun hesab edilməsə də, çoxsaylı partiya üzvləri tərəfindən seçkini müşahidə missiyasının həyata keçirilməsi qərara alınıb.

Partiyanın ölkə üzrə yerli rayon təşkilatlarının verdiyi məlumatlara əsaslanaraq, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin seçkilərin legitim, şəffaf və ədalətli keçdiyi, hər hansı zorakılıq halları müşahidə edilmədiyi ilə bağlı fikirlərini bölüşərək, media təmsilçilərinin məlumatlarını, eləcə də prezidentliyə namizədlərin seçkilərin nəticələri ilə bağlı bəyanatlarını nəzərə alaraq, Azərbaycan Milli İstiqlal Partiyası prezident seçkisini baş tutmuş hesab edir, yüksək seçici fəallığı ilə keçirildiyini, həmçinin, keçirilən seçkinin Azərbaycan xalqının iradəsini özündə əks etdirməklə Azərbaycana qarşı güclənən xarici təhdidlər fonunda növbəti dəfə xalqla dövlətin birliyinin göstəricisinə çevrildiyi qənaətini ictimaiyyətə açıqlayır.

Cənab Prezident İlham Əliyevi ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən Zəfər seçkisində Azərbaycan xalqının böyük səs çoxluğunu qazanaraq qalib gəlməsi münasibətilə təbrik edir, yeni hədəflər və güclü, demokratik, firavan Azərbaycan uğrunda davamlı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, bu seçkidəki qələbə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsinə təkan verəcək və bundan qazanan məhz Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi olacaq”.

10:29

Azərbaycan Demokratik Maarifçilik Partiyası bəyanat yayıb.

Oxu.Az-ın məlumatına görə, bəynatda deyilir:

“Yeni Azərbaycan Partiyasının namizədi, müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyən Azərbaycan Demokratik Maarifçilik Partiyası 7 fevral - prezident seçkisində çoxsaylı üzvləri və müşahidəçiləri ilə yaxından iştirak edib. Bir sıra seçki dairələrində və səsvermə məntəqələrində seçkini canlı izləyən müşahidəçilərimiz səsvermənin gedişatı və bütünlüklə seçki prosesi ilə bağlı öz fikir və rəylərini mütəmadi olaraq partiyanın qərargahı ilə bölüşüb.

Demokratik və dinc şəraitdə keçən seçkiöncəsi proses bir çox xüsusiyyətləri ilə fərqlənib. Namizədlər üçün yaradılmış geniş imkanlar, onların effektiv təbliğat işi aparması üçün ödənişsiz televiziya və radio efir vaxtları ilə təmin edilməsi, dövlət qəzetlərinin səhifələrində ödənişsiz təbliğat imkanlarının yaradılması, ölkənin hər bir yerində açıq və qapalı məkanlarda görüşlərin təşkili üçün yerlər ayrılması olduqca diqqətəlayiq haldır. Açıq-aydın hiss edilib ki, prezident seçkisinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan olduqca yaxşı təşkil olunub.

Hər bir seçki məntəqəsində səsvermə prosesi bütün qayda və qanunlara uyğun, şəffaf şəkildə təşkil edilərək hər bir seçiciyə sərbəst və gizli seçim etməsi üçün şərait təmin edilib, səsvermə prosesində seçicilərin seçimlərinə müdaxilə hallarına rast gəlinməyib. Partiyamız adından bəyan edirik ki, prezident seçkisi ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib və önəmlisi demokratik əsaslarla təşkil edilib. İşğaldan azad edilən ərazilər də daxil olmaqla bütün ölkə ərazisində seçicilərin fəallığı açıq şəkildə hiss olunub. Vətən müharibəsi qələbəsindən sonra xalqımız prezident seçkisinə qələbə əhvalında qatılmış və öz siyasi iradəsini ortaya qoyub.

Azərbaycan Demokratik Maarifçilik Partiyası seçkinin elan edilmiş ilkin nəticələrini legitim və xalqın iradəsinin ifadəsi hesab edir, bu seçimlərdə Azərbaycan xalqının böyük dəstəyini qazanaraq qalib gəlmiş Azərbaycan xalqının inam və ümid yeri olan cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, Prezidentimizə fəaliyyətində şanlı qələbələr, xalqımıza isə bu qələbələrə layiq firavan həyat arzulayırıq”.

10:07

Demokratik İslahatlar Partiyası seçkidə qələbə münasibətilə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevi təbrik edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə partiyanın yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, Azərbaycanda keçirilən bələdiyyə, parlament seçkilərində müşahidəçi və namizədlə, prezident seçkisində isə müşahidəçi qismində iştirak edərək böyük seçki təcrübəsi qazanan Demokratik İslahatlar Partiyası 7 fevral növbədənkənar prezident seçkisində də öz müşahidə missiyası ilə yaxından iştirak edib. Bütün ölkə ərazisində və bir sıra seçki dairələrində, həmçinin onlarla seçki məntəqəsində müşahidələr aparan partiyanın üzvləri seçkinin demokratik prinsiplərə uyğun keçirildiyi haqda qeydlərini partiyanın rəhbərliyi ilə bölüşüb. Bununla yanaşı, səsvermə prosesi birbaşa partiyanın qərargahından onlayn şəkildə də müşahidə edilib və veb-kameralar qurulmuş məntəqələrdəki səsvermə haqqında qeydlər ümumiləşdirilib.

“Demokratik İslahatlar Partiyasının yekdil qərarına əsasən bildiririk ki, 7 fevral tarixli prezident seçkisi sakit məcrada keçib, səsvermə məntəqələrinə sərbəst giriş tam təmin edilib, seçicilərin qeydiyyatı ilə bağlı proses boyu hansısa narahatlıq yaşanmayıb. Bütün səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçib, səslərin sayılması açıq və şəffaf təşkil olunub, heç bir problem qeydə alınmayıb. Hər bir seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək dairə səviyyəsində mərkəzi qərargaha göndərilib. Məntəqələrdəki və dairələrdəki səsvermə sayını özündə əks etdirən protokolların nümunələri seçki bitəndən dərhal sonra müvafiq lövhələrdən asılıb və müşahidəçilərə təqdim olunub.

Seçkiöncəsi prosesdə namizədlər üçün yaradılan demokratik şərait və imkanlar da Demokratik İslahatlar Partiyası tərəfindən təqdir olunub, namizədlərin təbliğat və təşviqat kampaniyası demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirilib.

Seçkidə Azərbaycan xalqı öz iradəsini ifadə edərək ölkəsinə qələbələr qazandıran İlham Əliyevi yenidən ölkə Prezidenti seçib. Xalqın seçim azadlığının göstəricisi olan bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirik”, - bəyanatda vurğulanıb.

09:56

Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisi ilə bağlı Gələcək Azərbaycan Partiyası bəyanat yayıb.
Oxu.Az-ın məlumatına görə, bəyanatda deyilir:

“Azərbaycanda keçirilən hər bir seçkini ölkəmizdə siyasi təsisatların daha da təkmilləşməsi, özünü sınaması və uğurlu təcrübələr qazanması baxımından əhəmiyyətli hesab edən Gələcək Azərbaycan Partiyası 7 fevral tarixində keçirilmiş prezident seçkisinə də bu baxımdan müsbət yanaşıb. Gələcək Azərbaycan Partiyasının ötən ilin dekabr ayında keçirilən toplantısında prezident seçkisi müzakirə edilib və partiyamızın Azərbaycan xalqının qalib Ali Baş Komandanı İlham Əliyevi dəstəkləyəcəyi və seçkidə müşahidəçi kimi iştirak etməsi haqqında qərar qəbul olunub.

Partiyanın qərarına uyğun olaraq üzvlərimiz ölkə ərazisindəki müxtəlif dairələrdə və məntəqə seçki komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçib və seçki günü səsverməni yaxından izləyiblər. Gələcək Azərbaycan Partiyasının üzvləri səsverməni müşahidə edərkən hansısa neqativ halla qarşılaşmayıb və qanun pozuntularına rast gəlməyiblər. Hər bir məntəqədə səsvermə prosesi 10, bəzən isə 15 nəfərə yaxın müşahidəçinin gözləri qarşısında şəffaf, demokratik və azad şəkildə keçirilib.

7 fevral seçkisi öz miqyasına və aktivliyinə görə bundan əvvəlki seçkilərdən xeyli fərqlənib. Belə ki, səsvermə hüququ olan əhalinin əksəriyyəti seçkidə iştirak etmək üçün günün müxtəlif saatlarında məntəqələrə gəlib. Əsas seçici aktivliyi günün birinci yarısında müşahidə edilib. Səsvermə prosesi boyu seçicilərə hansısa təzyiqlər edilməsinə, yaxud onların fikrini qarışdıra biləcək təbliğat materiallarına rast gəlinməyib.

Vətən müharibəsinin qalibi olan Azərbaycan xalqının bu seçkiyə yanaşması və öz Ali Baş Komandanına səs verərək onu yenidən qalib etməsi üçün qətiyyət göstərməsi seçkini izləyənləri heyrətləndirib. Bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilib. Biz seçkinin nəticələrini legitim hesab edir və Prezident İlham Əliyevin yeni qələbəsi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Hesab edirik ki, bu seçkini məhz Azərbaycan xalqı və dövləti qazanıb”.

09:50

Haqq Ədalət Partiyası növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Haqq Ədalət Partiyası 7 fevral tarixində keçirilmiş növbədənkənar prezident seçkisini bütün seçki prosesi ərzində yaxından müşahidə edib və seçki prosesi ilə bağlı partiya üzvlərinin yekdil qərarlarını dəfələrlə ictimaiyyətə açıq şəkildə bildirib. Partiya Prezident seçkisində Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanı qalib dövlətə çevirən, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini öncədən bildirib.

Partiyanın ümumi müşahidəsinə əsasən bəyan edirik ki, ümumilikdə seçki prosesi qanunvericiliyə uyğun, demokratik və azad rəqabət mühitində təşkil olunub. Hər bir namizədə ödənişsiz təbliğat imkanlarından, efir vaxtından bərabər şəkildə faydalanmaq, öz təbliğat materiallarını yaymaq və ölkənin bütün ərazisində seçicilərlə kütləvi görüşlər keçirmək imkanı yaradılıb. Bununla yanaşı partiyamızın çoxsaylı üzvləri Prezident seçkisində müşahidəçi olmaq üçün seçki dairələrində və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Səsvermə günü Haqq Ədalət Partiyasının qərargahında müşahidəçilərdən gələn məlumatlar təhlil olunmuş və səsvermənin gedişatı analiz edilib.

Analizlərin nəticələrinə əsasən bildiririk ki, seçki günü səsvermə, səslərin sayılması və səsvermənin seçki məntəqələri üzrə yekunlarının sənədləşdirilməsi prosesi uğurla və qanunvericiliyə uyğun aparılıb, seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa qanun pozuntularına rast gəlinməyib. Seçki prosesində aşkarlıq yüksək səviyyədə təmin olunub, müşahidəçilərə prosesi aydın müşahidə etmək üçün bütün imkanlar yaradılıb. Seçkilər seçicilərin yüksək fəallığı ilə baş tutmuş və nəticələr Azərbaycan xalqının siyasi iradəsini tamamilə əks etdirib.

Hesab edirik ki, Haqq Ədalət Partiyasının da bu seçkilərdə dəstəklədiyi namizəd Ali Baş Komandan İlham Əliyevin xalqın böyük etimadını qazanaraq qələbə çalması haqq və ədalətin qələbəsidir. Bu böyük qələbə münasibətilə partiyamızın çoxsaylı üzvləri adından cənab İlham Əliyevi ürəkdən təbrik edir, qalib Azərbaycanı daha da gücləndirməsi yolunda Prezidentimizə uğurlar arzulayırıq”.

Qeyd edək ki, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovdur.

09:41

Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçirilən prezident seçkisini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab edir.

Oxu.Az xəbər verir ki, bu barədə partiyanın bəyanatında bildirilir.

Bəyanatda deyilir:

“7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkisi təyin olunduqdan sonra Azərbaycan Ümid Partiyası Mərkəzi Aparat və Yerli Təşkilatlarında müzakirələr keçirərək, yekdil qərarla bu seçkidə Azərbaycan Respublikasının Prezidenti, Qarabağ qələbəsinin və suverenliyimizin ölkə ərazisində bərqərar olmasının memarı İlham Əliyevi dəstəkləyib.

Seçki təbliğatı dönəmində partiyanın səlahiyyətli şəxsləri çoxsaylı çıxışlarında bu qərarın tarixi əhəmiyyətini və vacibliyini seçicilərə çatdırıb, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verilməsinin ölkəmiz üçün faydalarından danışıblar.

Seçki günü çoxsaylı müşahidəçilərimiz dairə və məntəqələrdə seçki prosesini izləyib, seçkinin Seçki Məcəlləsinə uyğun keçirilməsini təsbit ediblər. Hər kəs sərbəst və azad şəkildə seçkidə iştirak edərək, mövqeyini ifadə edib.

Bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkilərdən öz mahiyyəti baxımından əhəmiyyətli dərəcədə fərqlənib.

Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi.

Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevə Cənubi Qafqazda əbədi sülh və barışın olması üçün başladığı işi uğurla davam etdirməsi, ölkəmizin problemlərinin həlli istiqamətində cansağlığı və müvəffəqiyyət arzu edirik”.

Oxşar Xəbərlər

backend
Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər
18.12.23 20:23
gundem / siyaset
backend
Parlament partiyalarından yeni təşəbbüs – Sahibə Qafarova tapşırıq verdi
15.08.22 21:30
gundem / siyaset

XƏBƏR LENTİ

21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:48 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
20:43 Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
20:38 Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33
backend
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
28.07.26 21:43
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
28.07.26 21:40
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
28.07.26 21:38
Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
28.07.26 21:35
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
28.07.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.