• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.02.24 20:40
gundem / siyaset

İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib.

Bununla bağlı President.az məlumat yayıb.

Sergey Lebedev Prezident İlham Əliyevə seçkidə inamlı qələbə münasibətilə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı Sergey Lebedevə və MDB müşahidə missiyasının bütün üzvlərinə bu seçkilərni müşahidə etdiklərinə görə təşəkkürünü bildirib, MDB müşahidə missiyasının Azərbaycanda bu və daha əvvəlki seçkilərdə də müşahidələrdə fəal şəkildə iştirak etdiyini vurğulayıb.

Sergey Lebedev qeyd edib ki, Azərbaycanda seçki prosesini müşahidə etmək onlar üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir. Vurğulayıb ki, bu, Azərbaycan xalqı üçün tarixi bir gün və tarixi seçkilər idi. Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, regionda uzunmüddətli və davamlı sülh üçün yaxşı imkanların yarandığını deyən qonaq bu seçki prosesində sadə insanlarla, seçicilərlə, müşahidəçilərlə geniş söhbətlərinin olduğunu, Azərbaycan xalqının bu seçkilərdə xüsusi rəğbət hissi ilə öz seçki hüququndan istifadə etdiklərini bildirib.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Azərbaycan xalqının ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunandan sonra ilk dəfə seçkinin keçirilməsi prosesində iştirak etdiyini deyib, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasını və həmin ərazilərdə seçki hüquqlarından istifadə etdiklərini vurğulayıb.

Sergey Lebedev MDB müşahidə missiyasının 170-ə yaxın müşahidəçi ilə seçki prosesində təmsil olunduğunu deyib. Qonaq hər bir seçkinin ölkələrin qanunvericiliyinə uyğun və Seçki Məcəlləsi əsasında keçirilməli olduğunu qeyd edib və bu seçkinin də Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun qaydada açıq, demokratik şəkildə təşkil olunduğunu bildirib.

Baş katib bu gün mətbuat konfransı keçirəcəklərini və seçki müşahidə missiyasının fəaliyyəti haqqında hesabatlarını geniş ictimaiyyətə təqdim edəcəklərini deyib.
Dövlətimizin başçısı seçkinin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirildiyini qeyd edərək bunun Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri qayıdışına dair layihələrin icra edildiyini deyən Prezident İlham Əliyev birinci mərhələnin 2026-cı ildə başa çatdırılacağını, bundan sonrakı mərhələlərdə də məcburi köçkünlərin geri qayıtmalarının təmin olunacağını diqqətə çatdırıb.

Söhbət zamanı MDB-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunulub, Azərbaycanın MDB çərçivəsində əlaqələrə və müzakirələrə töhfə verdiyi, MDB ölkələri arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb.

11:02

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib.

Bununla bağlı President.az məlumat yayıb.

Oxşar Xəbərlər

backend
Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının baş katibini qəbul edib - YENİLƏNİB
8.02.24 20:38
gundem / siyaset
backend
İlham Əliyev TÜRKPA baş katibini və beynəlxalq seçki müşahidə missiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
8.02.24 20:36
gundem / siyaset
backend
İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib - YENİLƏNİB
8.02.24 20:33
gundem / siyaset

XƏBƏR LENTİ

20:56 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
20:52 İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
20:48 İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
20:45 Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib
20:41 Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
1.08.26 20:56
İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
1.08.26 20:52
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
1.08.26 20:48
Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib
1.08.26 20:45
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
1.08.26 20:41
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.