• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.02.24 20:15
gundem / siyaset

Ceyhun Bayramov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min ilə görüşüb - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkisi ilə bağlı məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ŞƏT üzvləri ilə mövcud əməkdaşlığının Təşkilat çərçivəsində ölkəmizin aktivliyini şərtləndirdiyini, habelə qarşılıqlı dialoqa töhfə verdiyini bildirib. Ölkəmizin ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə Təşkilatla faydalı əməkdaşlıq etdiyi bildirilib.

Azərbaycanın Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyi, bu istiqamətdə iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və s. sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq ekologiya sahəsində geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkisinin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirilməsinin, habelə işğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə öz doğma torpaqlarında seçki hüquqlarını həyata keçirməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.

Baş katib Can Min növbədənkənar Prezident seçkisinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edərək seçkinin təşkilində ölkəmizə uğurlar arzulayıb. Baş katib seçkiyə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

backend
Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki mövcud vəziyyətdən danışıb - FOTO
18.10.23 20:40
gundem / siyaset
backend
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdü - FOTO
1.03.23 20:12
gundem / siyaset

XƏBƏR LENTİ

20:56 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
20:54 İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
20:51 Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
20:46 İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
20:43 Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
20:40 Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
20:33 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
20:29 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
20:13 Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
20:05 Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
20:00 Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
19:54 Azərbaycan Britaniya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı nəzərdən keçirib
19:50 Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir
19:41 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
19:37 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
19:25 Yardımlıya yeni icra başçısı təyin edilib
19:21 İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb
21:11 Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır
21:09 Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz
21:06 SEPAH: Hörmüzdə iki milyon bareldən çox neft daşıyan tanker minaya düşüb - Yenilənib
21:03 Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
20:58 Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub
20:55 Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
20:49 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib
20:46 Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
22.10.26 20:56
İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
22.10.26 20:54
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
22.10.26 20:51
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
22.10.26 20:46
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
22.10.26 20:43
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
22.10.26 20:40
backend
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
22.10.26 20:56
İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
22.10.26 20:54
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
22.10.26 20:51
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
22.10.26 20:46
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
22.10.26 20:43
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
22.10.26 20:40

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.