SON DƏQİQƏ
gundem / siyaset

Hikmət Hacıyev Pakistan səfiri ilə ikitərəfli gündəliyi müzakirə edib - FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb.

Bu barədə səfirliyin “X” hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşməkdən məmnunam”, - B.Hayee qeyd edib.

Səfir bildirib ki, görüş çərçivəsində ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər:
“Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə dinamika qatacaq”.

Glad to meet with Head of FP Affairs of Presidential Administration ⁦@HikmetHajiyev⁩. Discussed bilateral agenda and issues of mutual interest. Pak Azerbaijan friendship has deepened over the years & 2024 will infuse new vigor to our bilateral ties.⁦@ForeignOfficePk⁩ pic.twitter.com/Z1uRKp2eQV

— Bilal Hayee (@BilalHayee) January 29, 2024