• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
12.01.24 21:48
gundem / tedbirler

Bakıda “Dövlət-sahibkar tərəfdaşlığı: Dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçirilib - FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Bakıda müxtəlif biznes assosiasiyalarının nümayəndələri, sənaye, tikinti, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, sığorta, turizm, tekstil və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının, startapçıların təşəbbüsü ilə “Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçirilib.

“Report” xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda son 20 ildə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərə və əldə olunmuş uğurlara həsr edilmiş film nümayiş olunub.

Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda sahibkarlığın formalaşdırılması istiqamətində əvəzsiz işlər görülüb. Hazırda bu sahə cənab Prezidentin rəhbərliyi ilə qlobal çağırışlara uyğun şəkildə daha da inkişaf edir. Aparılan islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün güclənir, etibarlı tərəfdaş kimi dünya səviyyəsində nüfuzu artır. Vətən müharibəsində qazanılmış Zəfərlə ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda biznesin dirçəldilməsi üçün geniş imkanlar var. Sahibkarlar dövlətin dəstək mexanizmləri, onlara verilən güzəştlər və stimullardan yararlanırlar.

Konfransda çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb. Artıq dövlət-sahibkar münasibətləri daha da genişlənir, iri şəhərlərlə yanaşı regionlarda da sahibkarlıq güclənir. Azərbaycan sahibkarları xarici ölkələrdə də bir sıra layihələr icra edir. Dövlət dəstəyi tədbirləri, qabaqcıl təcrübəyə əsaslanan yeni qanunların qəbulu özəl bölmənin iqtisadi inkişafa töhfəsini artırır. Bu gün dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində innovativ və prioritet layihələrin icrası iqtisadiyyatda səmərəliliyi yüksəldir.

Tikinti sahəsində ixtisaslaşmış “Huner Group”un rəhbəri Ehtiram Quliyev ölkəmizdəki əlverişli və şəffaf mühitin şirkətin fəaliyyətinin fərqli istiqamətlər üzrə genişlənməsində rolunu qeyd edib. Öz təcrübəsini bölüşən sahibkar rəhbərlik etdiyi şirkətin reallaşdırdığı layihələr barədə məlumat verib, fəaliyyətlərində sosial məsuliyyət prinsiplərinə əməl olunduğunu bildirib. Vurğulayıb ki, sahibkarlar hər şeyi dövlətdən gözləməməlidirlər və xalqımızın rifahı naminə dövlətin inkişafı üçün əllərindən gələni etməlidirlər.

Aqrar sektorda fəaliyyət göstərən sahibkar Jalə Əmirbəyova diqqətə çatdırıb ki, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub. Xanım sahibkar qeyd edib ki, demək olar ki, dövlətin fermerlərə olan bütün dəstək mexanizmlərindən istifadə edərək, öz biznesini sıfırdan hazırkı uğurlu vəziyyətə çatdıra bilib.

Naxçıvan Muxtar Respublikasında qida və qeyri-qida sənayesi sahəsində fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” MMC-nin rəhbəri Teymur Rzayev qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar Naxçıvanın inkişafında yeni mərhələnin başlanmasına zəmin yaradıb. Respublikada yaradılmış əlverişli biznes mühitindən bəhrələnərək rəqabətqabiliyyətli və ixracyönümlü yeni istehsal sahələri yaradan MMC ayrı-ayrı illərdə investisiya təşviqi sənədindən faydalanıb, xeyli vəsaitə qənaət edib.

Astarada turizm sahəsində çalışan “Okhatan” MMC-nin rəhbəri Samir Əlizadə bildirib ki, Azərbaycanda biznes üçün, o cümlədən turizmin inkişafı üçün böyük potensial var. Dövlət başçısı bu potensialın reallaşdırılmasına xüsusi diqqət göstərir. Sahibkar bölgələrdə turizm müəssisələrinin yaradılmasının həm biznesin inkişafı, həm də məşğulluğun artırılması baxımından əhəmiyyətinə toxunub, təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib.

Startapçı Taleh Kərimli müəllifi olduğu “Nextsale” və “Uvodo” startapları barədə məlumat verib. Qeyd edib ki, dövlət qurumlarının dəstəyi Azərbaycanda startap ekosisteminin güclənməsini təşviq edir. Elə bunun nəticəsidir ki, elektron ticarət saytlarında satışları artırmaq üçün nəzərdə tutulmuş “Nextsale” tətbiqi bir sıra yerli və beynəlxalq mükafatlar qazanıb və 2020-ci ildə ilin startapı seçilib. Hazırda “Uvodo” elektron ticarət platforması da genişləndirilir.
Əczaçılıq sənayesində “Diamed Co” MMC-nin təmsilçisi Samirə Hüseynova bildirib ki, “Diamed” Azərbaycanda və Cənubi Qafqazda fəaliyyət göstərən ilk tibbi plastik məhsul istehsal edən zavoddur. Zavodun dövlət başçısının iştirakı ilə 2019-cu ildə Pirallahı Sənaye Parkında açılışı olub. Müəssisədə müasir texnologiyalar əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir. Layihənin reallaşdırılması üçün dövlətin beş milyon manat güzəştli krediti ayrılıb. Bildirilib ki, zavod yaxın zamanlarda müxtəlif növ vakuumlu qan balonları da olmaqla daha bir neçə adda yeni məhsulun istehsalına başlamağı planlaşdırır.

Tikinti materiallarının istehsalı sektorunda “Thermo Natural Azerbaijan” MMC-nin baş direktoru Elman Abbasov bildirib ki, rəhbərlik etdiyi şirkət ölkəmizdə bir sıra iri həcmli layihələrin icraçısıdır. Artıq dövlət-özəl tərəfdaşlığı çərçivəsində Ağdam və Laçın rayonlarında da bir sıra layihələr icra olunub. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, ixrac olunur. Vurğulanıb ki, dövlət tərəfindən verilən güzəştlər və imtiyazlar şirkətin həyata keçirdiyi layihələrin uğurlu olmasına zəmin yaradıb və gələcəkdə istehsalın artırılması üçün daha geniş imkanlar təqdim edir.

Beynəlxalq yükdaşımalar sahəsində “Hellmann Vorldvide Logistics” MMC-nin rəhbəri Kamran Həbibov MMC-nin əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Bildirilib ki, beynəlxalq yük daşınmalarını həyata keçirən şirkət 14 illik fəaliyyəti ərzində daim dövlətin dəstəyini hiss edib, aparılan iqtisadi islahatlardan bəhrələniblər. Xüsusən də, tənzimləmə prosesində texnoloji yeniliklərin tətbiqi bu sahədə çalışan biznes subyektləri üçün geniş imkanlar açır.

Xüsusi qoruyucu ayaqqabı istehsalı sahəsində fəaliyyət göstərən “Bafco Invest” MMC-nin təsisçisi Emin Məmmədov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Ordumuzun əzmi ilə işğaldan azad edilmiş torpaqlarımızda biznes üçün yaradılmış şəraitdən faydalandığını qeyd edib. Ağdam Sənaye Parkının rezidenti olan “Bafco Invest” həmçinin dövlətin güzəştli kreditlərindən və vergi güzəştlərindən yararlanıb. İllik 500 min cüt ayaqqabı istehsalı gücünə malik olan müəssisənin məhsulları yerli bazarla yanaşı, xarici bazarlara da ixrac ediləcək.

“Edtesk” MMC-nin təsisçisi Şahin Xəlilov bildirib ki, 7 il öncə Sabah qrupunun məzunu olaraq Heydər Əliyev Mərkəzində çıxış edib, gənclərə göstərilən dəstəyə görə dövlət başçısına təşəkkür edib. Sevindirici haldır ki, ölkəmizdə startap ekosisteminin inkişafı, o cümlədən gənclərin innovativ ideyalarının reallaşması üçün yaradılmış əlverişli şərait uğurlu startap təsisçisi kimi çıxış etməyə imkan yaradıb. Hazırda rəhbərlik etdiyi şirkət yerli və xarici bazarları əhatə edən 4 fərqli startap məhsulu ilə tanınır. Texnofest Azərbaycanın qalibi olmuş şirkət dövlət müəssisələri ilə sıx tərəfdaşlıq edir.

Tədbirin sonunda konfrans iştirakçıları adından ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət kursuna dəstək məqsədilə bəyanat qəbul edilib. Bəyanatda bildirilib ki, qlobal çağırışlar fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyat şaxələnir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti yaradılır. İş adamları bütün qüvvələrini səfərbər edərək Qarabağın tez bir zamanda yenidən dirçəldilməsi və Böyük Qayıdışa töhfə verməkdən qürur duyurlar. Konfrans iştirakçıları bundan sonra da Azərbaycan iqtisadiyyatının inkişafı üçün üzərlərinə düşən vəzifələri dönmədən həyata keçirəcəklərini bəyan ediblər.

Oxşar Xəbərlər

backend
Gəncədə ekologiya ilə bağlı beynəlxalq elmi-praktiki konfrans keçirilib
16.12.23 20:35
gundem / cemiyyet
backend
Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans təşkil olunub - FOTO
18.10.23 20:35
gundem / tedbirler
backend
Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO
25.04.23 19:57
gundem / tedbirler

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.