• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
30.12.23 20:45
gundem / medeniyyet

Mərhum xalq artisti Rauf Babayevin doğum günüdür


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Azərbaycanın xalq artisti, mərhum müğənni Rauf Babayevin anadan olduğu gündür.

Oxu.Az xatırladır ki, Rauf Babayev 1937-ci il dekabrın 30-da Qərbi Azərbaycanda anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub, 1957-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili alıb. 1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960-1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962-1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışıb. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlayıb, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968-1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972-1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987-2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olub, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləyib.

Rauf Babayev ötən əsrin 60-80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış edib, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanıb. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil edib. “Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanıb.

Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr verib. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri olub.
Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilib. O, 1978-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Oxşar Xəbərlər

backend
Bu gün Rəşid Behbudovun doğum günüdür
14.12.22 20:16
gundem / medeniyyet

XƏBƏR LENTİ

21:16 Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
21:14 Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
21:11 Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
21:08 Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
21:05 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
21:02 Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
21:00 Azərbaycan İdman Akademiyası və Azərbaycan Güləş Federasiyası arasında memorandum imzalanıb
20:56 Müşfiqabadda ağacəkmə aksiyası keçirilib
20:51 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
20:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
20:45 Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
20:43 İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
20:40 Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
20:36 Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
20:33 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
20:30 Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
20:27 İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
20:22 İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
20:18 Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub
20:15 Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olunub
20:12 İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktorunu qəbul edib
20:09 İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib
20:06 İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
20:00 Tacikistanın Baş naziri Fəxri xiyabanı ziyarət edib - YENİLƏNİB
19:55 Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
25.09.26 21:16
Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
25.09.26 21:14
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
25.09.26 21:11
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
25.09.26 21:08
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
25.09.26 21:05
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
25.09.26 21:02
backend
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
25.09.26 21:16
Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
25.09.26 21:14
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
25.09.26 21:11
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
25.09.26 21:08
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
25.09.26 21:05
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
25.09.26 21:02
backend
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
25.09.26 21:16
Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
25.09.26 21:14
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
25.09.26 21:11
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
25.09.26 21:08
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
25.09.26 21:05
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
25.09.26 21:02

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.