• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
16.10.23 19:16
gundem / siyaset

İlham Əliyevin Xankəndidə bayrağımızı ucaltması və çıxışı Rusiya mediasında geniş işıqlandırılıb - FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağını ucaltması və çıxışı Rusiya KİV-lərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, “Moskovski komsomolets” nəşri bu xəbəri Azərbaycan Prezidentinin rəsmi saytına istinadla yayıb. Eyni zamanda, nəşr Prezident İlham Əliyevin Ağdərədə də Azərbaycan Bayrağını ucaltdığını qeyd edib.

Rusiya Dövlət Dumasının rəsmi nəşri olan “Parlamentskaya qazeta” xatırladır ki, Azərbaycan Ordusu sentyabrın 19-da antiterror tədbirləri keçirib və nəticədə sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ respublikası”nın buraxılması barədə sənəd imzalanıb.

TASS agentliyi yazır ki, 20 il əvvəl məhz bu gün İlham Əliyev Azərbaycan Prezidenti seçilib. Dövlətimizin başçısının Xankəndidəki çıxışından fikirlərə yer ayıran agentlik qeyd edir ki, Prezident İlham Əliyev 20 il əvvəl xalqa müraciətində Azərbaycan xalqının və dövlətinin maraqlarını daim qoruyacağına söz vermişdi. “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”, - deyə dövlətimizin başçısının çıxışından sitat gətirilib.

“Vedomosti” nəşri qeyd edir ki, Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan hakimiyyətinin nümayəndələri arasında görüş keçirilib. Nəşr vurğulayır ki, qondarma qurumun buraxılmasından sonra Azərbaycan Prezidenti regionda sülh müqaviləsinin imzalanması üçün daha münasib şəraitin yarandığını qeyd edib. “Vedomosti” AZƏRTAC-a istinadla dövlətimizin başçısının Xankəndidə üçrəngli Bayrağımızı ucaltdığını da diqqətə çatdırır.

NTV telekanalının xəbərində bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev respublikanın üçrəngli Bayrağını Qarabağın “paytaxtı”nda ucaldıb. Telekanal Qarabağ ətrafında baş verən son hadisələri xatırladaq yazır ki, bir neçə raund davam edən danışıqlardan sonra tərəflərin region əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası barədə razılığa gəliblər.

“REN TV” telekanalı AZƏRTAC-a istinadla yaydığı xəbərdə Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltdığı vurğulanır. Diqqətə çatdırılır ki, eyni vaxtda Xankəndidəki inzibati binanın üzərində Azərbaycanın Dövlət Gerbi də quraşdırılıb.
Digər Rusiya telekanalı olan TVTS-nin materialında Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltdığını, eləcə də Suqovuşan qəsəbəsində istirahət parkının açılışında və Suqovuşan su anbarının istismara verilməsi mərasimində iştirak etdiyi bildirilir.

“Arqumentı i faktı” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltmasını mühüm hadisə kimi qiymətləndirib. Materialda qeyd olunur ki, Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni əhalisinin reinteqrasiyasının ətraflı planını təqdim edərək, onların bütün hüquqlarının və təhlükəsizliyinin təmin olunacağına vəd verib.

“Veçernyaya Moskva” qəzeti də Xankəndidə Dövlət Bayrağımızın ucaldılması xəbərini AZƏRTAC-a istinadla yayıb. Qəzet vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev məhz Fransanın Ermənistanı silahlandırması nəticəsində regionda yeni silahlı qarşıdurma baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Bundan əlavə, “Qazeta.ru”, “Kommersant”, “Rossiyskaya qazeta”, “Voennoye delo”, “İnterfaks”, “Fontanka.ru”, “Izvestiya” və bir çox digər Rusiya nəşrləri də Azərbaycan Prezidentinin Xankəndiyə səfəri və çıxışını geniş işıqlandırıb.

Oxşar Xəbərlər

backend
Türkiyə mətbuatı Prezident İlham Əliyevin Xankəndiyə səfərindən yazıb - FOTO
16.10.23 19:39
gundem / siyaset
backend
Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri Rusiya mediasının diqqət mərkəzindədir - FOTO
23.02.22 20:02
gundem / siyaset

XƏBƏR LENTİ

20:50 Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
20:46 Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
20:41 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
20:39 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
20:36 Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
20:32 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
20:28 Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
20:25 Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
20:23 Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20:17 Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
20:14 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
20:09 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
19:57 Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
19:53 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
19:50 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
19:44 Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
19:38 Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
19:29 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
21:46 Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
21:43 Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
21:41 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:38 XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
21:36 Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
21:33 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
21:29 Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.