• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.10.23 20:18
gundem / siyaset

Prezident İlham Əliyev ÜST-nin Avropa üzrə regional direktorunu qəbul edib - YENİLƏNİB



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tedros Adhanom Qebreyesusa çatdırmağı xahiş edib.

Qonaq qlobal səhiyyə liderliyi sahəsində Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi həyata keçirdiyi fəaliyyətin çox yüksək qiymətləndirildiyini qeyd edib. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn Zirvə görüşünün keçirilməsinə, Azərbaycanın vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olmasına və həyata keçirdiyi fəaliyyətə görə minnətdarlığını bildirib.

Hans Henri Kluge Azərbaycanın pandemiya dövründə 80-dən artıq ölkəyə dəstək göstərdiyini qeyd edib, ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində yaratdığı COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sisteminin çox səmərəli olduğunu və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə böyük töhfə verdiyini deyib.

Söhbət zamanı Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Hans Henri Kluge BMT-nin rezident əlaqələndirici ofisinin və ÜST-nin Bakı ofisinin nümayəndələrinin də daxil olduğu missiyanın Azərbaycanın Qarabağ bölgəsinə həyata keçirdiyi səfərinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev COVID-19-a qarşı mübarizədə ÜST-nin ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi 80-dən artıq ölkəyə yardım etməsindən, Qoşulmama Hərəkatı çərçivəsində COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sistemi yaradılmasından və vaksin həmrəyliyi ilə bağlı səylərimizdən danışıb.

Dövlətimizin başçısı Azərbaycanın milli, regional və beynəlxalq səviyyədə yardım proqramlarını həyata keçirdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı bildirib ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub.
Dövlətimizin başçısı vurğulayıb ki, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasından etibarən Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib.

Prezident İlham Əliyev Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin yerlərdə xidmət göstərdiklərini, əhalinin qeydiyyata alınması prosesinin başlandığını, bunun üçün ayrıca portalın fəaliyyət göstərdiyini bildirib, gündəlik ehtiyacların ödənilməsi və qida təchizatı üçün aidiyyəti qurumların yerində xidmət apardıqlarını deyib.

Dövlətimizin başçısı ərazidə mühüm infrastruktur obyektlərinin, eləcə də tarixi, dini və mədəni abidələrin polis tərəfindən mühafizə olunduğunu, elektrik təchizatının həyata keçirildiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar Qarabağın erməni sakinlərinin reinteqrasiyası proqramının hazır olmasının və həyata keçirilməsinin göstəricisidir.

Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə ərazilərə yenidən səfər edəcəkləri diqqətə çatdırılıb, ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olunub.


12:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

Bu barədə AZƏRTAC xəbər verir.

Oxşar Xəbərlər

backend
Azərbaycan Prezidenti ÜST-ün baş direktorunu qəbul edib - YENİLƏNİB
16.06.22 21:45
gundem / siyaset
backend
Baş nazir ÜST-ün Baş direktoru ilə görüşüb
16.06.22 21:42
gundem / siyaset

XƏBƏR LENTİ

21:24 İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
21:21 Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
21:19 Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
21:16 Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
21:12 İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
21:10 Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
21:07 İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
21:04 Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
21:00 WUF13-də Pəncab pavilyonunun açılışı olub
20:58 Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir
20:52 İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
20:49 Rəşad Əzizov: Azərbaycan UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsindən dayanıqlı inkişaf aləti kimi istifadə etməlidir
20:43 Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur
20:35 Bu ilin birinci rübündə 8 203 nikah və 4 614 boşanma qeydə alınıb
22:11 Uraloğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı sülhə töhfə verən güclü modelə çevrilib
22:05 İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadının rəhbərini zərərsizləşdirib
22:00 Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib
21:56 Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb
21:51 Daşkənd Oriental Universitetində Xaqani Şirvani auditoriyası açılıb
21:44 Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
21:38 Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar
21:26 Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin imtahan tarixi açıqlanıb
21:17 19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
21:10 Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
20:57 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.