• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
18.09.23 21:06
gundem / bolge

Astaraçay daşdı, körpü dağıldı: Təxliyə olunanlar var - YENİLƏNİB + FOTO




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 160 fərdi evin həyətini su basıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Astara Rayon İcra Hakimiyyətinin Ərazi üzrə İdarəetmə şöbəsinin əməkdaşı Xanverdi Şirinov məlumat verib.

Onun sözlərinə görə, Astara rayonu Vaqo kəndi ərazisində körpü tamamilə uçub:

“Asma körpünü yağış suları uçurub. Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq şöbəsinin əməkdaşları tərəfindən ərazilərdə zəruri tədbirlər görülür. Artıq su yavaş-yavaş çəkilir. Suyun səviyyəsi həddən artıq çox olan bir neçə ailə təxliyə edilib. Hava şəraitində asılı olaraq axşam saatlarında yenidən yağışın intensivləşməsi gözlənilir. Bu səbəbdən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bəzi yerlərdə suyun səviyyəsi həddən artıq qalxdığına görə yaşayış yerlərini tərk edə bilməyən ailələr təxliyə ediliblər:

“Subasma səbəbindən evdən çıxmaqda çətinlik çəkən 38 nəfərə əməkdaşlarımız tərəfindən köməklik göstərilib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə təxliyə işlərini həyata keçirir və suyun əks axınını təmin etmək üçün işlər görülür”.


13:06

“Astarada yağışlı hava şəraiti ilə bağlı ciddi fəsadlar qeydə alınmayıb. Sadəcə olaraq Pensərçaya gələn qollarda yağıntının miqdarı çox olduğundan suyun səviyyəsi artıb”.

Oxu.Az-a açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-in nümayəndəsi Dilqəm Şərifov deyib.

O bildirib ki, Pensərçay ciddi fəsadlara səbəb olmayıb:

“İntensiv yağışlar çayda suyun səviyyəsinin normadan çoxalmasına səbəb olub. Müəyyən mənada daşqın olub lakin evlərə, həyətyanı sahələrə ciddi ziyan dəyməyib. Hazırda yerli istismar idarəsinin texnikaları ərazidə çalışır. Yağış sularının Pensərçaya axıdılması istiqamətində zəruri addımlar atılır”.

D.Şərifov deyir ki, yağış suları Zaqatalada da bir sıra fəsadlara səbəb olub:

“Texnikalarımız ərazidədir, gücləndirilmiş iş rejimində çalışırlar. Öncədən selin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb. Bu saata qədər bizim fəaliyyətimizə dair elə bir ciddi fəsadlar qeydə alınmayıb”.

12:45

“İntensiv yağan yağış səbəbindən Lənkəranda 50-yə yaxın yaşayış evi və həyətyanı sahələri su basıb”.

Bu barədə Oxu.Az-a Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, 17 sentyabr tarixində, axşam saatlarından başlayan leysan yağışları nəticəsində Lənkərançay çayı məcrasından çıxıb:

“Nəticədə Lənkəran şəhəri və Sütəmurdov kəndində çay sahilində yerləşən 50-yə yaxın yaşayış evi və həyətyanı sahələri su basıb. Hazırda Lənkəran ŞİH-də fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin əməkdaşları ərazidə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda komissiya dəymiş ziyanla bağlı araşdırma aparır”.


12:17

Astara rayonunun 15 mindən çox sakinin istifadə etdiyi körpünü sel uçurub. 40 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Bu barədə Oxu.Az-a Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, yağışlı hava şəraitinin davam etməsi fəsadların aradan qaldırılmasına maneə törədir:

“Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb. Siyəku kənd inzibati ərazi dairəsi üzrə 24 kənd, Asxanakəran kənd inzibati dairəsi üzrə nümayəndəliyi üzrə 10 kənd, Hamoşam kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin üzrə 6 kəndlə əlaqə kəsilib.

Eləcə də Siyakeş kəndində Pensərçay üzərində yerləşən uzunluğu 10 metr olan dəmir körpünü sel aparıb. Taxtanakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb. Kijəbə-Pəlikeş avtomobil yolunun 11-ci km-dən başlayaraq bir neçə hissədə torpaq sürüşmələri baş verib və yol bağlanıb”.

Bildirilib ki, Ərçivan çayı daşıb və nəticədə qəsəbə ərazisində 200-ə yaxın ev və həyət su altında qalıb:

“Şiyəkəran kəndində isə Pensərçayın üzərində yerləşən uzunluğu 42 metr olan və uzunluğu 54 metr olan iki asma körpü də sel nəticəsində uçub. Baş verən təbiət hadisəsi ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Komissiya tərəfindən daxil olan müraciətlər qeydə alınaraq zəruri tədbirlərin görülməsinə başlanılıb”.

11:15

Ötən gün axşam saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilər subasmaya məruz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, subasma ilə əlaqədar FHN-in Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, həmçinin fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir.

Hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.