• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
16.09.23 19:47
gundem / siyaset

Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşüb - FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 16-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, mövcud təhdid və çağırışlar müzakirə olunub.

Ceyhun Bayramov sentyabrın 1-də tarixində Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Antoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yolunun eyni zamanda açılması istiqamətində əldə olunmuş razılığın həyata keçirilməsinə əngəl törədən tərəfin, bundan öncəki razılıqlarda olduğu kimi, Ermənistan və onun yaratdığı qondarma rejim olduğunu diqqətə çatdırıb. Bu faktların da öz növbəsində bölgədə guya “humanitar böhran”, “blokada” olması ilə bağlı səsləndirilən iddiaların əksinə, vəziyyətin heç də humanitar deyil, əslində, siyasi olduğuna dəlalət etdiyini bir daha göstərdiyi bildirilib.

Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarına, bütün dünyada Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmasına, ərazilərimizdə separatçılığı dəstəkləməsinə baxmayaraq, ölkəmizin konstruktiv mövqe sərgiləməsinin fonunda bölgədəki vəziyyətlə yaxından tanış olan bir sıra beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ tərəfinin Ermənistanın rəvayətlərinə uyaraq erməni tərəfinin iddialarını təkrarlamasının qəbuledilməz olduğu bildirilib.

Bu xüsusda, Ermənistanın bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olan, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin mövcudluğundan diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı əsassız iddiaların ötən günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin çıxışında öz əksini tapmasının təəssüf doğurduğu bildirilib. ABŞ tərəfi ilə 1 sentyabr razılığına uyğun olaraq yolların paralel açılmasına Ermənistan və qondarma rejim tərəfindən maneçilik törədilməsinin Senatda ABŞ rəsmisi tərəfindən bəyan edilməməsinin vəziyyətə dair yanlış təəssürat yaratdığı vurğulanıb.
Ermənistanın son dövrlərdə atdığı addımların, o cümlədən 2 sentyabr tarixində Ermənistan baş naziri Nikol Paşinyanın ərazilərimizdə separatçılığı təşviq edən təbrik mesajının normallaşma və sülh prosesinə ciddi zərbə vurduğu xatırlanıb.

Azərbaycanın yollardan paralel istifadə edilməsi üzrə razılığa sadiqliyi bir daha diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

backend
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib - FOTO
3.08.23 21:12
gundem / siyaset
backend
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh danışıqlarının vəziyyətini müzakirə edib - FOTO
24.05.23 19:19
gundem / siyaset
backend
Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin rəsmisi ilə müzakirələr apardı - FOTO
10.03.23 20:15
gundem / siyaset
backend
Ceyhun Bayramov Karen Donfridlə telefonla danışıb
15.02.23 20:32
gundem / siyaset

XƏBƏR LENTİ

21:24 İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
21:21 Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
21:19 Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
21:16 Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
21:12 İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
21:10 Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
21:07 İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
21:04 Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
21:00 WUF13-də Pəncab pavilyonunun açılışı olub
20:58 Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir
20:52 İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
20:49 Rəşad Əzizov: Azərbaycan UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsindən dayanıqlı inkişaf aləti kimi istifadə etməlidir
20:43 Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur
20:35 Bu ilin birinci rübündə 8 203 nikah və 4 614 boşanma qeydə alınıb
22:11 Uraloğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı sülhə töhfə verən güclü modelə çevrilib
22:05 İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadının rəhbərini zərərsizləşdirib
22:00 Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib
21:56 Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb
21:51 Daşkənd Oriental Universitetində Xaqani Şirvani auditoriyası açılıb
21:44 Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
21:38 Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar
21:26 Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin imtahan tarixi açıqlanıb
21:17 19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
21:10 Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
20:57 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.