• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.08.23 21:29
gundem / tedbirler

Bakıda Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimi keçirilib - FOTO







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Avqustun 7-də “Gülüstan” sarayında “Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023” layihəsinin açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Avropa İttifaqının Himni səsləndirilib.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək dövlətimizin gənclər siyasətindən söhbət açıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu sessiyanın yaddaqalan olacağına əminliyini ifadə edib:

“Sessiyanın tarixi məqamı Azərbaycanın qədim şəhəri olan, ölkəmizin mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin bu il türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə üst-üstə düşməsidir. Bu məqamı nəzərə alaraq sessiya zamanı mədəni müxtəlifliyimizi nümayiş etdirməyə çalışacağıq”.

Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını vurğulayıb. O, bu istiqamətdə Gənclər və İdman Nazirliyi, eləcə də digər qurumlarla həyata keçirilən müxtəlif layihələrdən söhbət açıb.

Tədbirdə Herti İdarəetmə məktəbinin professoru Marina Henke, “Veysəloğlu” şirkətlər qrupunun baş icraçı direktoru Burak Deniz, Avropa Gənclər Parlamentinin Beynəlxalq Ofisinin icraçı direktoru Anya Suprunenko, Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının Baş Təşkilatçıları Rüfət Mir Feyzullazadə və Güldanə Dadaşova, sessiyanın redaktoru Aylin Ələkbərli, sessiyanın prezidenti Realdo Silaj çıxış edərək sessiyanın əhəmiyyətindən danışıblar. Bildirilib ki, sessiyanın əsas mövzusu təhsildir və Avropa Gənclər Parlamentinin təmsil etdiyi birlik və əməkdaşlıq ruhunu nümayiş etdirir.
Qeyd edək ki, şəbəkə olaraq Avropa Gənclər Parlamentinin əsas məqsədi gənclərə könüllülük, multikulturalizm dəyərlərinin aşılanmasını təbliğ etmək, eyni zamanda mədəniyyətlərarası dialoq, mübadilə proqramları vasitəsilə müxtəlif ölkə gəncləri arasında körpü rolunu oynamaqdır.

Azərbaycan da daxil olmaqla Avropanın 35 ölkəsindən nümayəndə qismində qatılan 265 gəncin iştirakı ilə həyata keçirilən səkkiz günlük sessiyada fəal və təşəbbüskar gənclər Avropa Parlamentinin strukturu əsasında qurulmuş platformada Mədəniyyət və Təhsil, Məşğulluq, Təhlükəsizlik, Beynəlxalq Ticarət, İqtisadiyyat kimi 12 komitə üzrə dünyada baş verən və gündəmdə olan ən vacib məsələləri müzakirə edəcəklər. Müxtəlif sahələr üzrə komitələrin birgə əməyi nəticəsində hazırlanmış qətnamə avqustun 11-i və 12-də ADA Universitetində baş tutacaq Baş Assambleyada ümumi müzakirəyə çıxarılacaq. Debatlar və səsvermədən uğurla keçəcək qətnamələr qəbul olunaraq Avropa Parlamentinə gənclərin səsi olaraq təqdim olunacaq.

Eyni zamanda, tədbir zamanı iştirakçıların rəsmi hissədən kənar asudə vaxtlarının təşkili üçün müxtəlif mədəni proqramların, axşam fəaliyyətlərinin keçirilməsi nəzərdə tutulur. Belə ki, “Avropa Şəhərciyi” (Eurovillage) zamanı 35 ölkədən olan iştirakçılar öz mədəniyyətlərini təmsil edən stendlər qurur, ölkələrinə məxsus mətbəx və mədəniyyət nümunələrini sərgiləyirlər. Bu kimi tədbirlər öz növbəsində Azərbaycan mədəniyyətini avropalı gənclərə tanıtmaq üçün unikal fürsətdir.

Qeyd edək ki, Beynəlxalq Sessiyanın rəsmi bağlanış mərasimi avqustun 12-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

Oxşar Xəbərlər

backend
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahının açılış mərasimi keçirilib - FOTO
6.07.23 21:08
gundem / siyaset

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.