• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
31.07.23 21:04
gundem / bolge

Cəbrayıl yeni inkişaf mərhələsinə qədəm qoydu: Şəhərin Baş planı təsdiqləndi - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti və nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma siyasətinə əsaslanan geniş tikinti-quruculuq işləri aparılır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır və təsdiq edilir.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Bildirilib ki, belə ərazi planlaşdırılması sənədlərindən biri - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planı 25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edilib.

Cəbrayıl şəhəri illər ərzində işğalçılar tərəfindən urbisid və ekosidə məruz qalıb, əhali öz doğma yurdlarından didərgin salınıb, əraziyə külli miqdarda maddi ziyan vurulub. Nəticədə mövcud infrastruktur, yaşayış evləri tamamilə məhv edilib və şəhərin yenidən qurulmasına ehtiyac yaranıb. Bunu nəzərə alaraq, dağıdılmış şəhərin yerləşdiyi ərazinin kompleks qiymətləndirilməsi və konseptual layihələndirilməsi işləri aparılıb.

Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi VIII əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhəri də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 hektar, əhalinin sayı 5 200 nəfər idi.

Təsdiq edilmiş yeni Baş plana əsasən, müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı beş kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 ha təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaqçay ətrafında şəhərin mərkəz hissəsində təklif olunan “yaşıl zolaq” şəhərin əsas onurğası kimi verilib. Qeyd edək ki, rayon ərazisində bir çox tarix-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi şəhərin gələcək özünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq.

İşğaldan azad edilmiş şəhərdə ilkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, sosial xidmətlərin fəaliyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri əsas götürülür. Bu ərazilərdə bərpa və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.
Şəhərin bərpası və inkişafı üçün dörd mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün 22,87 ha ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.

Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhərdaxili yol profillərində təxminən 60 km uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 km-dən çox olacaq.

Sənəddə əhalinin artım tempi nəzərə alınmaqla sosial tələbata uyğun ən müasir təhsil və səhiyyə ocaqları layihələndirilib. Belə ki, şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq 1 880 cəbrayıllı şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun üç tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan dörd məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.

Cəbrayıl şəhərinin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, ümumi yaşıllıqların sahəsi 110 ha təşkil edəcək, bununla da şəhər ərazisinin 18%-i yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən “yaşıl zolaq” mərkəzi park olaraq müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək.

Oxşar Xəbərlər

backend
İlham Əliyevdən “Böyük Qayıdış”la bağlı SƏRƏNCAM
16.11.22 19:43
gundem / siyaset
backend
Azərbaycan ilk beynəlxalq şəhərsalma tədbirinə ev sahibliyi edəcək
4.10.22 21:29
gundem / medeniyyet

XƏBƏR LENTİ

20:56 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
20:54 İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
20:51 Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
20:46 İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
20:43 Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
20:40 Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
20:33 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
20:29 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
20:13 Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
20:05 Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
20:00 Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
19:54 Azərbaycan Britaniya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı nəzərdən keçirib
19:50 Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir
19:41 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
19:37 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
19:25 Yardımlıya yeni icra başçısı təyin edilib
19:21 İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb
21:11 Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır
21:09 Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz
21:06 SEPAH: Hörmüzdə iki milyon bareldən çox neft daşıyan tanker minaya düşüb - Yenilənib
21:03 Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
20:58 Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub
20:55 Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
20:49 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib
20:46 Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
22.10.26 20:56
İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
22.10.26 20:54
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
22.10.26 20:51
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
22.10.26 20:46
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
22.10.26 20:43
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
22.10.26 20:40
backend
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
22.10.26 20:56
İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
22.10.26 20:54
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
22.10.26 20:51
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
22.10.26 20:46
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
22.10.26 20:43
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
22.10.26 20:40
backend
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
22.10.26 20:56
İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
22.10.26 20:54
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
22.10.26 20:51
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
22.10.26 20:46
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
22.10.26 20:43
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
22.10.26 20:40

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.