• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
7.06.23 21:47
gundem / tedbirler

BƏT-nin 111-ci sessiyası və ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatının əmək nazirlərininin iclası keçirilib





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.

Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-nin Baş direktoru Jilbert Hunqbonun sessiyanın açılışında etdiyi məruzədəki məsələlərin aktuallığını qeyd edib.

Nazir mürəkkəb siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf tempinin davam etdiyini, ölkədə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, habelə sosial sektorda həyata keçirilən böyük rəqəmsallaşma proqramının nəticələrini, artıq 140-dan çox sosial xidmətin elektronlaşdırıldığını diqqətə çatdırıb. DOST konsepsiyasının nailiyyətlərindən, “Əmək və Məşğulluq” altsisteminin mühüm faydalarından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri barədə məlumat verilib.

Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olmaqla pandemiyaya qarşı mübarizədə qlobal səylərin güclənməsi üçün uğurlu təşəbbüslərindən bəhs olunub. COVID-19 pandemiyasından sonra üzv ölkələrdə səmərəli məşğulluq tədbirlərinin və xüsusən həssas qruplarla bağlı sosial müdafiənin gücləndirilməsinin, BƏT ilə sıx əməkdaşlığın önəmi vurğulanıb.

BƏT-nin 111-ci sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası da keçirilib. 40-dan çox ölkənin yüksək vəzifəli nümayəndələrinin və BƏT-nin Baş direktoru J.Hunqbonun iştirak etdiyi iclasa sədrlik edən S.Babayev çıxışında ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı qlobal mübarizədə fəal iştirakını vurğulayıb. Ölkəmizin bu istiqamətdə uğurlu təşəbbüsləri, o cümlədən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışı üçün qətnamələrin qəbulu ilə bağlı təşəbbüsləri qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşündə COVID-19-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin də irəli sürüldüyü, Azərbaycanın habelə Hərəkatın institusional inkişafına güclü dəstəyi, bütün bu addımların Hərəkatın beynəlxalq nüfuzunu xeyli gücləndirdiyi vurğulanıb.

Ölkəmizdə son 5 ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketinin icra edildiyi, əməkhaqqı və digər sosial ödənişlərdəki ciddi artımlar, bu islahatlar üzrə illik 6,8 milyard manat əlavə vəsait ayrıldığı, əmək bazarında sabitliyin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən BƏT-nin “Kənd təsərrüfatında təhlükəsizlik və sağlamlıq haqqında” 184 nömrəli və “Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivələri haqqında” 187 nömrəli Konvensiyalarının da ratifikasiyası imkanlarının qiymətləndirilməsi işləri aparıldığı vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunub. Azərbaycanın doqquz şəhəri və yüzlərlə kəndinin Ermənistanın işğalı altında olarkən tamamilə dağıdıldığı qeyd olunub.

Bildirilib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisi minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. İkinci Qarabağ müharibəsindən sonra mina terroru nəticəsində 302 nəfər Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesinə və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına mane olur. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə minalardan təmizləmə səyləri arasında birbaşa əlaqə var və Azərbaycan minatəmizləmə üzrə 18-ci DİM-in işə salınması təşəbbüsünü fəal şəkildə təbliğ edir.

İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair müzakirələr aparılıb və Hərəkatın əmək nazirlərinin Bəyannaməsi qəbul olunub.

Oxşar Xəbərlər

backend
Sahil Babayev Dubayda BƏƏ-nin naziri ilə görüşdü - FOTO
30.03.22 20:02
gundem / sosial

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.