• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
3.06.23 20:56
gundem / dunya

Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamladılar.

Mərasimdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, şəhidlərin və fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Türkiyə Respublikasının Dövlət Himni – “İstiqlal Marşı” səsləndirildi.

Rəcəb Tayyib Ərdoğan çıxış edərək, yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirdi. Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, “Türkiyə yüzilliyi”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd etdi. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı bu gün elan olunacaq yeni hökumətlə birlikdə “Türkiyə yüzilliyi” istiqamətində səylə çalışacaqlarını bildirərək dedi: “Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə “Türkiyə yüzilliyi”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”.

Türkiyə demokratiyasının bütün azadlıqların əksini tapdığı, mütərəqqi və əhatəli Konstitusiya ilə gücləndiriləcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyə Respublikasının şanını və şərəfini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacaqlarını vurğuladı.

Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına və qonaqlara bir daha minnətdarlığını bildirdi.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu, dualar edildi.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin mayın 28-də keçirilmiş ikinci turunda 52,18 faiz səs toplayaraq qalib gəlib.

18:32

Ankarada, Beştəpədə yerləşən prezident iqamətgahında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.


17:29

Rəcəb Tayyib Ərdoğan “Anıtqəbir” ziyarəti çərçivəsində Atatürkün mavzoleyinə əklil qoyub, “Misak-i Milli” Qülləsində “Anıtqəbir Özəl dəftəri”ni imzalayıb. Türkiyə lideri dəftərə yazdığı fikirləri səsləndirib:

“Türkiyə bir seçki prosesini daha rekord iştirak və demokratiya şənliyi əhvali-ruhiyyəsində, dinc atmosferdə başa vurdu. Mayın 14-də TBMM-də vəzifəsini icra edəcək 28-ci çağırış deputatları müəyyən edən millətimiz, mayın 28-də şəxsimizə ikinci turda 52 faizlik səslə bizə böyük rəğbət göstərdi. Həmd olsun, növbəti beş il də nəcib millətimizə xidmət edəcəyimiz üçün bəxtiyarıq. Qarşıdakı beş il ərzində “Türkiyə Əsri” vizyonumuzu həyata keçirmək üçün canla-başla çalışmağa davam edəcəyik. Zəlzələlərin yaralarını sürətlə sarıyıb, zəlzələdən əziyyət çəkənləri ən qısa zamanda yeni yuvalarına qovuşduracağıq. 12-ci dövlət başçısı olaraq dövlətimizi ucaltmağa davam edəcəyik. Ruhun şad olsun!”

17:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Anıtqəbir”i ziyarət edib.

16:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Anıtqəbir”i ziyarətə gəlib.

16:16

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan TBMM-də and içərək prezident vəzifəsinin icrasına başlayıb.

16:07

TBMM-də Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.

Mərasimi parlamentin ən yaşlı üzvü kimi spiker vəzifəsini icra edən Dövlət Bağçalı açıq elan edib.

15:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimində iştirak etmək üçün Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasına gəlib.

Ərdoğanı TBMM-in qarşısında parlamentin ən yaşlı üzvü kimi spiker vəzifəsini müvəqqəti icra edən Dövlət Bağçalı qarşılayıb.


14:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək dünya liderlərinin adları açıqlanıb.

Qeyd edilib ki, mərasimə 21 dövlət başçısı qatılacaq:

Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Prezidenti Rumen Radev, Qabon Prezidenti Ali Bonqo Ondimba, Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo, Cənubi Afrika Respublikası Prezidenti Siril Ramafosa, Monteneqro Prezidenti Yakov Mİlatoviç, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Konqo Prezidenti Denis Sassou Nqesso, Kosovo Prezidenti Vyosa Osmani, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ruanda Prezidenti Paul Kaqame, Seneqal Prezidenti Maki Sall, Somali Prezidenti Həsən Şeyx Mahmud, Toqo Prezidenti Faure Essozimna Qnassinqbe, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu, Qvineya Prezidenti Mamadi Dumbuya.

Həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif, Macarıstan Baş naziri Viktor Orban, Ermənistan baş naziri Nikol Paşinyan və Liviya Baş naziri Əbdülhəmid Dibeybenin də aralarında olduğu 13 ölkənin baş nazirləri andiçmə mərasimində qonaq qismində iştirak edəcəklər.

Mərasimə eyni zamanda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, NATO Baş katibi Yens Stoltenberq, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha da daxil olmaqla 8 beynəlxalq təşkilatın nümayəndələri qatılacaq.

Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Çini Milli Xalq Konqresi daimi Komitəsinin sədr müavini Dinq Zonqli təmsil edəcək, daha 12 ölkə parlament sədri səviyyəsində mərasimində təmsil olunacaq.


08:37

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək.

Mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 15:00-da keçiriləcək.

Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Oxşar Xəbərlər

backend
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
29.04.23 21:04
gundem / siyaset

XƏBƏR LENTİ

21:57 Hakan Fidan: Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır
21:53 Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib - YENİLƏNİB-3
21:44 Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
21:41 Şahbaz Şərif Trampa: Cənub Şərqi Asiyanın xilaskarısınız
21:38 Türkiyə XİN başçısı: Ərdoğan Qəzzada münaqişənin həllinə sadiqdir
21:35 İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb
21:29 ABŞ Prezidenti İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib
21:25 Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxana mərkəzini ziyarət edib
21:18 Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
21:14 İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb
21:09 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ramazan ayı ilə bağlı paylaşım edib
20:39 Ərdoğan: Türkiyə Afrikada yeni münaqişələrə qarşıdır - YENİLƏNİB
20:33 İranın Təhlükəsizlik Şurasının katibi Rusiyanın energetika naziri ilə görüşüb
20:30 Özbəkistanda "Arşın mal alan" tamaşası təqdim olunacaq
20:28 Kino Agentliyi ilə Gürcüstan Milli Kino Mərkəzi arasında memorandum imzalanıb
20:25 Azərbaycanlı atlet Türkiyədə beynəlxalq yarışın qalibi olub
20:23 Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib
20:20 Azərbaycan ilə Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb
20:17 Azərbaycanla BƏƏ arasında qida təhlükəsizliyi sahəsində əməkdşalıqla bağlı Anlaşma Memorandumu imzalanıb
20:13 AQTA Göygöldə 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırmaya başlayıb - YENİLƏNİB
20:08 Sabah 24 dərəcə isti olacaq - PROQNOZ
20:05 Bakıda 42 məktəbə yeni direktor təyin olunub
20:01 Füzulidə bir nəfərin öldüyü avtoqəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
19:56 Azərbaycan və BƏƏ arasında iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub - YENİLƏNİB
19:52 Dünya Bankı Azərbaycanın rəqəmsal inkişafı üçün 2026-2027-ci illəri həlledici hesab edir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır
19.02.26 21:57
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib - YENİLƏNİB-3
19.02.26 21:53
Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
19.02.26 21:44
Şahbaz Şərif Trampa: Cənub Şərqi Asiyanın xilaskarısınız
19.02.26 21:41
Türkiyə XİN başçısı: Ərdoğan Qəzzada münaqişənin həllinə sadiqdir
19.02.26 21:38
İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb
19.02.26 21:35
backend
Hakan Fidan: Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır
19.02.26 21:57
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib - YENİLƏNİB-3
19.02.26 21:53
Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
19.02.26 21:44
Şahbaz Şərif Trampa: Cənub Şərqi Asiyanın xilaskarısınız
19.02.26 21:41
Türkiyə XİN başçısı: Ərdoğan Qəzzada münaqişənin həllinə sadiqdir
19.02.26 21:38
İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb
19.02.26 21:35

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.