• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
18.05.23 20:52
gundem / siyaset

Ali Məhkəmə: “İnzibati Kollegiyaya daxil olan iş sayı kəskin artıb” - FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Ali Məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlilinə dair ümumiləşdirmə aparıb.

Bu barədə Ali Məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ədalət mühakiməsinin keyfiyyətinin artırılması və məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi məqsədilə Ali Məhkəmə tərəfindən daimi olaraq baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və təhlili işi aparılır. Bununla, həm vahid məhkəmə təcrübəsinin formalaşdırılması, həm də məhkəmə fəaliyyətinin optimal idarəçiliyinin həyata keçirilməsinə yönəlmiş görülməli əlavə işlər müəyyənləşdirilir:

“İnzibati məhkəmə icraatı sahəsində aparılmış təhlillər göstərir ki, inzibati mübahisələrə baxan hər üç məhkəmə instansiyasında iş yükü ildən-ilə artmaqda davam edir.

Belə ki, 2022-ci il ərzində ölkə üzrə inzibati məhkəmələrin icraatında ümumilikdə 31 046 iş olub. Həmin göstəricinin 2021-ci il üzrə 23 313 iş təşkil etməsi nəzərə alınsa, müvafiq müqayisə aparılmaqla inzibati məhkəmələrin icraatında olan işlərin sayında kəskin yüksələn tendensiya müşahidə edilir, belə ki, iş sayı əvvəlki illə müqayisədə 33,1% artıb.

Oxşar vəziyyət yuxarı instansiya məhkəmələrində də mövcuddur. Belə ki, 2022-ci il ərzində respublika üzrə apellyasiya instansiyası məhkəmələrinin icraatında ümumilikdə 6 800 iş olub, bu rəqəm 2021-ci ildə 6 345 olmaqla apellyasiya icraatlarının sayının əvvəlki illə müqayisədə 7,2% artdığını göstərir. Digər tərəfdən, Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatında 2020-ci ildə cəmi 2 893 inzibati mübahisə, 2021-ci ildə isə 2 789 inzibati mübahisə olub. Müvafiq göstəricilərin müqayisəli təhlili onu göstərir ki, əvvəlki il üzrə kassasiya icraatında olan iş sayına nisbətən 2022-ci il ərzində iş sayı 3,7% artıb.

Xüsusilə qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasına 2023-cü ilin I rübündə daxil olan iş sayı ötən il ilə müqayisədə kəskin artıb.

Belə ki, ötən ilin I rübündə 473 kassasiya şikayəti daxil olduğu halda, bu rəqəm hazırkı ilin I rübündə 757 olmaqla, 60%-dən çox artıb.

Məhkəmələrdə iş yükünün artması məhkəmə fəaliyyətinin optimallaşdırılmasına ciddi maneə təşkil edir, hakimlərin həddən artıq işlə yüklənməsinə səbəb olmaqla son nəticədə ümumən ölkədə ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə təsir edir. Belə ki, hər bir işin öyrənilməsinə sərf olunan vaxtın azalması ilə keyfiyyətli məhkəmə araşdırmasının riskə atılması təhlükəsi yaranır. İş yükü həm də ümumən məhkəmə xərclərinin artmasına və əlavə dövlət vəsaitinin xərclənməsinə gətirib çıxarır.



İnzibati mübahisələr üzrə iş yükünün artması bir tərəfdən hüquqların məhkəmə müdafiəsi mexanizmlərinin işlək olması və məhkəmələrə olan etimadın artması ilə bağlıdır.

Digər tərəfdən isə işlər üzrə aparılmış təhlillər onu deməyə əsas verir ki, inzibati orqanlar fəaliyyətlərində “İnzibati icraat haqqında” Qanunun normalarını rəhbər tutmurlar, eyni zamanda formalaşmış məhkəmə təcrübəsi inzibati orqanlar tərəfindən nəzərə alınmamaqla formal şikayətlərin verilməsi təcrübəsi davam edir.
Belə ki, 2011-ci ildən fəaliyyətə başlamış inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlili göstərir ki, ötən illər ərzində məhkəmələrdə baxılan işlərin böyük əksəriyyəti iddiaçıların xeyrinə yekunlaşıb. Son illər inzibati orqanlara qarşı təmin edilən iddialarda bir qədər azalma tendensiyası müşahidə olunsa da, rəqəmlər yenə də yüksək olmaqda davam edir. Məsələn, 2011-ci ildə baxılmış işlərin 84%-i, 2015-ci ildə 83%-i, 2017-ci ildə 90%-i, 2019-cu ildə 70%-i, 2020-ci ildə 57%-i, 2021-ci ildə 64%-i, 2022-ci ildə isə 74%-i vətəndaşların xeyrinə yekunlaşıb. Bu hal bir tərəfdən inzibati məhkəmələrin vətəndaşların hüquqlarının müdafiəsində xüsusi rola malik olduğunun təsdiqi kimi qəbul edilə bilər.



Bununla yanaşı nəzərə alınmalıdır ki, vahid hüquqi yanaşmaya əsasən məhkəməyədək şəxslərin hüquq və azadlıqları inzibati orqanlarda təmin edilməlidir. Buna görə, inzibati orqanlar onlara daxil olmuş hər bir müraciəti yalnız mahiyyəti üzrə düzgün həll etmək vəzifəsi daşımırlar, onlar həm də sözügedən müraciətə qanunvericilikdə nəzərdə tutulmuş icraatla bağlı qaydalara riayət etməklə baxmalıdırlar. İcraatla bağlı qaydalara əməl etmək həm də hüquqi dövlət, eləcə də yaxşı və səmərəli idarəçilik prinsipinin mahiyyətindən irəli gəlir. İcraatla bağlı qaydaların nələrdən ibarət olduğu isə mərkəzi normativ-hüquqi akt olan “İnzibati icraat haqqında” Qanunda təsbit olunub.

Məhkəmə təcrübəsində rast gəlinən inzibati orqanların fəaliyyətlərində yol verdikləri “İnzibati icraat haqqında” Qanunda təsbit olunmuş icraatla bağlı sistematik pozuntuları aşağıdakılar kimi qruplaşdırıla bilər:



Göründüyü kimi, icraatla bağlı hüquq pozuntularına yol verilməsi halları müşahidə olunur və bunun nəticəsidir ki, bu gün bir sıra hallarda inzibati orqanların qərar və hərəkətləri məhkəmələr tərəfindən məhz icraatla bağlı hüquq pozuntularına yol verilməsi əsası ilə ləğv edilir.

Digər tərəfdən, bəzi hallarda inzibati orqanların fəaliyyətində məhkəmə təcrübəsinin nəzərə alınmaması müşahidə edilir.

Belə ki, bir sıra təkrarlanan mübahisələr üzrə işlərə artıq Ali Məhkəmədə dəfələrlə baxılmasına və həmin işlər üzrə formalaşmış məhkəmə təcrübəsinin mövcudluğuna baxmayaraq, yenidən eyni əsaslarla inzibati icraatda vətəndaşların müraciətlərinin təmin edilməməsi, daha sonra isə həmin işlər üzrə vətəndaşların xeyrinə çıxarılmış məhkəmə qərarlarından Ali Məhkəməyədək şikayətlərin verilməsi təcrübəsi qalmaqda davam edir. Nəticə etibarilə, müəyyən kateqoriya məsələlər üzrə qanunvericiliyin hansı qaydada tətbiq edilməli olması ilə bağlı məhkəmələrin hüquqi mövqeləri inzibati orqanlar tərəfindən nəzərə alınmır. Bu problemin həlli yaxşı idarəçiliyə və qanunun aliliyinə nail olmaq üçün olduqca vacibdir. Eyni zamanda, inzibati məhkəmələr tərəfindən baxılmış işlər üzrə müəyyən edilmiş mövqelər inzibati orqanların öz təcrübələrini dəyişmələrinə səbəb olmalıdır. Təcrübəni dəyişmək isə iki istiqamətdə olmalıdır – müəyyən məsələlər üzrə artıq əvvəlkindən fərqli qərar vermək və müəyyən məsələlər üzrə inzibati icraatı əvvəlkindən fərqli qaydada aparmaq.

Nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsinin əhəmiyyəti və hüquqi nəticələri yalnız məhkəmələrin işlərə baxılması ilə bağlı fəaliyyətinə şamil edilmir. Vətəndaşlar oxşar işlərin məhkəmələrdə necə həll olunduğuna etimad edərək onların da eyni mübahisələrinin inzibati orqan tərəfindən məhkəmədə həll edilmiş işlərə uyğun qaydada nəzərə alınmasına ümid edə bilərlər. Öz növbəsində inzibati orqanlar da oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini öz inzibati praktikalarında nəzərə almalıdırlar.

Məhkəmələrdə baxılan işlərin öyrənilməsi həmçinin göstərir ki, bəzən inzibati orqanların müraciətləri təmin etməkdən imtina edərkən əsaslandıqları dəlillərlə, daha sonra onların iddiaya qarşı təqdim etdikləri etirazlarının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin dəlilləri tamamilə eynilik təşkil edir. Bu zaman məhkəmə araşdırmasının gedişində həmin dəlillərin əsassızlığına dair toplanılmış əks sübutlara, məhkəmələrin bununla bağlı hüquqi mövqelərinə və qiymətləndirmələrinə apellyasiya və kassasiya şikayətlərində hər hansı münasibət bildirilmədən və ya səthi, yaxud ötəri münasibət bildirilərək əslində faktiki olaraq ilkin dəlillər təkrarlanmaqla yeni hər hansı sübut və ya hüquqi mövqe bildirilmədən formal olaraq məhkəmə aktlarından şikayətlər verilir. Əsaslandırılmamış şikayətlər məhkəmə mübahisələrinin sayının süni şəkildə çoxalmasına və hüquqların ağlabatan müddətlərdə həyata keçirilməməsinə səbəb olur.

Beləliklə, məhkəməyədək vətəndaşların müraciətlərinə baxan inzibati orqanlar “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almaqla icraatın aparılmasını təmin etməlidirlər. İnzibati orqanlar həmçinin gələcəkdə məhkəmələrdə təkrarlanan işlərin yaranmaması üçün öz fəaliyyətlərində məhkəmə təcrübəsini nəzərə almalı, eləcə də uğurluluq perspektivi olmayan əsaslandırılmamış apellyasiya və kassasiya şikayəti vermək praktikasından imtina etməlidirlər”.

Oxşar Xəbərlər

backend
Azərbaycanda 10 hakimin səlahiyyətlərinə xitam verilib, 20 nəfərə xəbərdarlıq edildi
28.12.22 20:10
gundem / siyaset

XƏBƏR LENTİ

21:57 Hakan Fidan: Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır
21:53 Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib - YENİLƏNİB-3
21:44 Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
21:41 Şahbaz Şərif Trampa: Cənub Şərqi Asiyanın xilaskarısınız
21:38 Türkiyə XİN başçısı: Ərdoğan Qəzzada münaqişənin həllinə sadiqdir
21:35 İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb
21:29 ABŞ Prezidenti İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib
21:25 Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxana mərkəzini ziyarət edib
21:18 Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
21:14 İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb
21:09 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ramazan ayı ilə bağlı paylaşım edib
20:39 Ərdoğan: Türkiyə Afrikada yeni münaqişələrə qarşıdır - YENİLƏNİB
20:33 İranın Təhlükəsizlik Şurasının katibi Rusiyanın energetika naziri ilə görüşüb
20:30 Özbəkistanda "Arşın mal alan" tamaşası təqdim olunacaq
20:28 Kino Agentliyi ilə Gürcüstan Milli Kino Mərkəzi arasında memorandum imzalanıb
20:25 Azərbaycanlı atlet Türkiyədə beynəlxalq yarışın qalibi olub
20:23 Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib
20:20 Azərbaycan ilə Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb
20:17 Azərbaycanla BƏƏ arasında qida təhlükəsizliyi sahəsində əməkdşalıqla bağlı Anlaşma Memorandumu imzalanıb
20:13 AQTA Göygöldə 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırmaya başlayıb - YENİLƏNİB
20:08 Sabah 24 dərəcə isti olacaq - PROQNOZ
20:05 Bakıda 42 məktəbə yeni direktor təyin olunub
20:01 Füzulidə bir nəfərin öldüyü avtoqəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
19:56 Azərbaycan və BƏƏ arasında iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub - YENİLƏNİB
19:52 Dünya Bankı Azərbaycanın rəqəmsal inkişafı üçün 2026-2027-ci illəri həlledici hesab edir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır
19.02.26 21:57
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib - YENİLƏNİB-3
19.02.26 21:53
Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
19.02.26 21:44
Şahbaz Şərif Trampa: Cənub Şərqi Asiyanın xilaskarısınız
19.02.26 21:41
Türkiyə XİN başçısı: Ərdoğan Qəzzada münaqişənin həllinə sadiqdir
19.02.26 21:38
İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb
19.02.26 21:35
backend
Hakan Fidan: Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır
19.02.26 21:57
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib - YENİLƏNİB-3
19.02.26 21:53
Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
19.02.26 21:44
Şahbaz Şərif Trampa: Cənub Şərqi Asiyanın xilaskarısınız
19.02.26 21:41
Türkiyə XİN başçısı: Ərdoğan Qəzzada münaqişənin həllinə sadiqdir
19.02.26 21:38
İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb
19.02.26 21:35

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.