• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
17.05.23 20:29
gundem / siyaset

İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib - YENİLƏNİB



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib, bunu ölkələrimiz arasında əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında fəal dialoqun həyata keçirilməsindən məmnunluğunu bildirərək Boris Kolların səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı üzrə müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını deyib.

Enerji sahəsində əlaqələrə toxunan dövlətimizin başçısı bu ilin aprelində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının önəmini qeyd edib, “Həmrəylik Halqası” STRİNG layihəsi çərçivəsində də ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib. Prezident İlham Əliyev ticarət, qarşılıqlı investisiya qoyuluşu, nəqliyyat sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edə qonaq ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf duyduqlarnı vurğulayıb. Ulu öndərin böyük müdrikliyə və güclü iradəyə malik, xarizmatik şəxsiyyət olduğunu, Azərbaycanın dövlətçiliyinin əsasını qoyduğunu deyən Slovakiya parlamentinin sədri məhz onun uzaqgörənliyi nəticəsində ölkəmizin davamlı surətdə inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycanın çox müasir və gözəl olduğunu vurğulayan Boris Kollar ölkəmizə ikinci dəfə gəldiyini deyib, ötən il Şuşaya səfərini məmnunluqla xatırlayıb.

Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini deyən Boris Kollar işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini qeyd edib, orada Slovakiya şirkətlərinin də fəaliyyət göstərməkdə və müxtəlif layihələrdə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Minatəmizləmə sahəsində Azərbaycanın Slovakiya şirkətləri ilə səmərəli əməkdaşlığına toxunan qonaq ölkəsində istehsal olunan minatəmizləmə maşınlarının humanitar minatəmizləmə fəaliyyəti üçün ərazidə səmərəli şəkildə tətbiq olunmasını xüsusi vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, bu yaxınlarda Bolqarıstanda əsası qoyulmuş “Həmrəylik Həlqəsi” təşəbbüsü çərçivəsində Azərbaycan qazının Slovakiyaya çatdırılması istiqamətində böyük perspektivlərin olduğu bildirilib.

Görüşdə Slovakiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına verdiyi dəstək yüksək qiymətləndirilib.

10:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

backend
Prezident İlham Əliyev Cənubi Afrika Respublikası Milli Assambleyasının sədrini qəbul edib
18.05.23 20:38
gundem / siyaset
backend
Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşdü
17.05.23 20:40
gundem / siyaset
backend
Azərbaycan Prezidenti Gürcüstan parlamentinin sədrini qəbul edib - YENİLƏNİB
15.05.23 20:44
gundem / siyaset
backend
İlham Əliyev: “Ulu öndər Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlər göstərib”
15.05.23 20:42
gundem / siyaset

XƏBƏR LENTİ

21:46 Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
21:43 Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
21:41 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:38 XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
21:36 Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
21:33 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
21:29 Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
21:17 Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
21:06 Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
20:55 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb
20:44 Cəlilabadda növbəti əmək yarmarkası keçirilib
20:31 Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb
20:23 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb
20:16 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb
20:09 Azərbaycan XİN Pakistana başsağlığı verib
20:02 Bu ilin səkkiz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub
19:58 İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
19:54 Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək
19:39 Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib
20:34 AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
20:29 Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
20:25 Qazaxıstan Prezidenti Azərbaycana gəlib
20:22 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
20:19 Emoməli Rəhmon Azərbaycanda səfərdədir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
16.10.26 21:46
Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
16.10.26 21:43
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
16.10.26 21:41
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
16.10.26 21:38
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
16.10.26 21:36
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
16.10.26 21:33
backend
Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
16.10.26 21:46
Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
16.10.26 21:43
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
16.10.26 21:41
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
16.10.26 21:38
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
16.10.26 21:36
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
16.10.26 21:33
backend
Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
16.10.26 21:46
Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
16.10.26 21:43
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
16.10.26 21:41
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
16.10.26 21:38
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
16.10.26 21:36
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
16.10.26 21:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.