• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
20.04.23 21:36
gundem / siyaset

100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edildi - FOTO





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Bakı və bölgələrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olanlara və digər imtiyazlı şəxslərə daha 100 mənzil və fərdi ev təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan yaşayış kompleksində və Abşeron, Tərtər, Goranboy, Ucar və Zərdab rayonlarında daha 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, həmçinin digər imtiyazlı şəxslərə (gözdən əlilliyi olan şəxslər, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər və b.) təqdim edilib.

Oxu.Az xəbər verir ki, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramına ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə başlandığını vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu sosial dəstək paketi çərçivəsində mənzil, fərdi evlə təminat proqramı da beş dəfə genişlənib. 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunurlar.

Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində ötən dövrdə 124 min şəxsə 281 min xidmət göstərilib.

Yeni mənzillərlə təmin edilən vətəndaşlar daim dəstəklə əhatə olunduqları, həmçinin yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Şəhid Əlikram Qabil oğlu Xanışovun anası Xoşqədəm Xanışova ölkə başçısının onlara olan diqqətindən razılıq edib:
“Oğlum şəhid olmazdan qabaq şeirlər yazırdı. Onun sevdiyi qıza həsr etdiyi və digər yazdığı şeirlər kitabı dərc edilib. 100 nüsxə çap edilib. Oğlumdan geriyə qalan ürəyindən keçən misralardır. Ölkə başçısına, nazirliyə də təşəkkür edirəm. Heç gözləmədiyim bir gündə zəng gəldi və mənzil veriləcəyi bildirildi. Oğlumun və digər şəhidlərin xatirəsinə göstərilən diqqət və qayğıya görə bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.

Mənzil verilən qazilər Aqil Mustafayev, Xalid Şəkiyev, Vaqif Cəbrayılov, şəhid ailəsindən olan Mərifət Həsənova da ölkə başçısına dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 660, bu il üzrə 160, ümumilikdə ötən dövrdə isə 13 460 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, 2023-cü ildə də ən azı 1 500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara veriləcək.

Oxşar Xəbərlər

backend
Bir qrup şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər təqdim edildi - FOTO
16.03.23 20:34
gundem / sosial

XƏBƏR LENTİ

20:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
20:45 Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
20:43 İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
20:40 Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
20:36 Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
20:33 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
20:30 Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
20:27 İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
20:22 İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
20:18 Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub
20:15 Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olunub
20:12 İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktorunu qəbul edib
20:09 İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib
20:06 İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
20:00 Tacikistanın Baş naziri Fəxri xiyabanı ziyarət edib - YENİLƏNİB
19:55 Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
19:48 Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
21:44 Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
21:39 Si Cinpin ABŞ-yə səfərə gəlib, Tramp onu hərbi bazada qarşılayıb
21:35 İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
21:32 Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər
21:29 Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
21:27 Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
21:24 Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
21:21 Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
25.09.26 20:48
Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
25.09.26 20:45
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25.09.26 20:43
Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
25.09.26 20:40
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
25.09.26 20:36
Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
25.09.26 20:33
backend
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
25.09.26 20:48
Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
25.09.26 20:45
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25.09.26 20:43
Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
25.09.26 20:40
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
25.09.26 20:36
Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
25.09.26 20:33
backend
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
25.09.26 20:48
Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
25.09.26 20:45
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25.09.26 20:43
Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
25.09.26 20:40
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
25.09.26 20:36
Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
25.09.26 20:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.