SON DƏQİQƏ
gundem / dunya

Pakistanda pulsuz ərzaq paylanması zamanı 11 nəfər ölüb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı yaranan izdihamda 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
azturktv.az xəbər verir ki, Pakistanın Karaçi şəhərinin Site rayonundakı bir fabrik işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.

Qida məhsulları olan bağlamanın paylanmasında təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Polis paylamanı təşkil edən 7 nəfəri saxlayıb.

Martın 27-də Hayber Paxtunxva və Pəncab əyalətlərində hökumətin pulsuz payladığı un səbəbindən 2-si qadın olmaqla 7 nəfər izdihamda həlak olub.