• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
25.02.23 21:15
gundem / idman

Azərbaycan derbisi öncəsi rəqəmli panoram


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında derbi həyəcanı var.
azturktv.az xəbər verir ki, sabah əzəli rəqiblər - “Qarabağ” və “Neftçi” sayca 90-cı dəfə çempionatda üz-üzə gələcək. Əvvəlki Azərbaycan derbilərində üstünlük Ağdam klubundadır. “Atlılar” 89 matçın 36-da 3 xalı aktivinə yazan tərəf olub. 23 görüşdə “Neftçi” qalib gəlib, 30 oyun heç-heçə başa çatıb. Top fərqində də “Qarabağ” üstündür - 111:80. Qurban Qurbanovun komandası son 6 görüşdə rəqibini məğlub edib.

Tərəflər arasında ilk çempionat matçı 1992-ci ilin 26 sentyabrında baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1. Derbidə ilk qolun müəllifi “Qarabağ”lı Zaur Qarayev olub.

Ağdam klubu ilk qələbəsini elə həmin ilin oktyabrında “İmarət”də 2:1 hesabı ilə qazanıb. “Neftçi” isə derbilərdə ilk 3 xalı əldə etmək üçün 1994-cü ili gözləməli olub. “Ağ-qaralar” oktyabrın 2-də öz meydanında keçirdikləri oyunda “atlılar”ı 3:2 məğlub etməyi bacarıb.

Azərbaycan derbilərində ilk böyük hesablı nəticə 2000-ci ilə təsadüf edib. Həmin il “ağ-qaralar” “atlılar”ı 4 cavabsız qolla üstələyib. Bu həm də “Neftçi”nin əzəli rəqibi üzərində yeganə böyük hesablı qələbəsidir.

“Qarabağ” isə ilk belə qalibiyyət üçün 2010-cu ili gözləməli olub - 3:0. Daha əvvəl “Neftçi”nin də formasını geyinmiş Georgi Adamiya sabiq komandasını 3 dəfə cəzalandırıb. Bu, derbilər tarixinə ilk het-trik kimi düşüb.

Sonarkı illərdə “Qarabağ” daha 5 dəfə rəqibini 3 və daha artıq top fərqi ilə məğlub etməyi bacarıb. Axırıncısı elə komandaların son duelinə təsadüf edib. “Qarabağ” bu mövsümün 2-ci dövrə matçında səfərdə “Neftçi”yə 4 cavabsız qolla qalib gəlib.

Derbilərdə ən böyükhesablı qələbə isə 2020-ci ildə qeydə alınıb. “Qarabağ” rəqib meydanında “Neftçi”ni 6:0 məğlub edib.

Azərbaycan derbilərinin bombardiri Reynaldodur. “Qarabağ”ın sabiq forvardı paytaxt klubuna 9 qol vurub. Müşfiq Hüseynov 8 dəfə “Neftçi”nin qapısına yol tapıb. Hazırda da “Qarabağ”da çıxış edən Riçard Almeyda isə 6 qol vurub. Ağdamlıların digər futbolçusu Filip Ozobiç də “Neftçi”ni 6 dəfə cəzalandıra bilib. Amma o, bunların 1-ni “Qəbələ”də oynayarkən edib.

“Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vurmuş futbolçu Qurban Qurbanov olub. Hazırda “Qarabağ”ı çalışdıran mütəxəssis oynadığı vaxtlarda 5 dəfə ağdamlıların qapısına yol tapıb. Nikolas Kanales ikinci sıradadır. Çilili keçmiş hücumçu 4 qol vurub. Hazırda “Neftçi”nin kapitanı olan Emin Mahmudov “Qarabağ”a qarşı 2 dəfə fərqlənib.

Sabah “Azersun Arena”da keçiriləcək “Qarabağ” - “Neftçi” matçı saat 20:00-da start götürəcək.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

19:47 Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
19:39 Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
19:34 Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
19:29 Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
19:25 Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
20:27 Bu gün Prezident İlham Əliyevin doğum günüdür
20:20 Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib
20:15 Gələn ilin yanvar-fevral aylarında Ağdama 1164 ailə köçürüləcək
20:13 Prezident: Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular
20:11 İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
20:05 İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib - YENİLƏNİB
19:59 Şavkat Mirziyoyev: Əminəm ki, Azərbaycanla gələcəkdə də əlaqələr uğurla inkişaf edəcək
19:58 Rusiya Prezidenti İlham Əliyevə doğum günü münasibətilə zəng edib
19:56 Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-3
19:51 İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
19:49 Binəli Yıldırım Prezident İlham Əliyevi təbrik edib
19:46 İrakli Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
19:44 Kasım-Jomart Tokayev ad günü münasibətilə Azərbaycan Prezidentinə zəng edib
19:42 Ərdoğan Azərbaycan Prezidentini doğum günü münasibətilə zəng edib
19:40 İsrail Prezidenti İlham Əliyevə doğum günü münasibətilə zəng edib
19:38 Mixeil Kavelaşvili: Ölkələrimiz arasında əməkdaşlıq davamlı sülhün təşviqi üçün təməl rolunu oynayır
19:36 Macarıstanın Baş naziri İlham Əliyevi təbrik edib
19:33 Sadır Japarov İlham Əliyevə: Qırğızıstana qarşıdan gələn səfəriniz çərçivəsində münasibətlərin inkişafı üçün zəmin yaradacağıq
19:31 Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
19:27 Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
25.12.25 19:47
Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
25.12.25 19:39
Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
25.12.25 19:34
Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
25.12.25 19:29
Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
25.12.25 19:25
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.25 20:27
backend
Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
25.12.25 19:47
Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
25.12.25 19:39
Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
25.12.25 19:34
Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib
25.12.25 19:29
Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək
25.12.25 19:25
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.25 20:27

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.