Pakistanda avtobus qəzası: 12 ölü, 54 yaralı
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Pakistanın Pəncab əyalətində sərnişin avtobusu çuxura düşüb.
azturktv.az xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 54 nəfər yaralanıb.
Qəzanın baş vermə səbəbi məlum deyil.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralanan şəxslər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.