SON DƏQİQƏ
gundem / dunya

Pakistanda məscidə hücum nəticəsində 90 nəfər ölüb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Pakistanın Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində məscidə hücum nəticəsində ölənlərin sayı 90-a çatıb.

azturktv.az xəbər verir ki, bu barədə Lady Reading Xəstəxanasının (LRH) sözçüsü Məhəmməd Asim məlumat yayıb.

Hücumda ölən polis məmurları üçün gecə və səhər kütləvi dəfn mərasimi keçirilib. Məsciddəki hücumdan sonra başlayan axtarış-xilasetmə işləri davam edir. Əyalətdə bu gün matəm elan edilib.