SON DƏQİQƏ
gundem / idman

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda qızıl medal qazanıblar



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan “Shymkent Cup” yarışını iki medalla başa vurublar.

Federasiyadan verilən məlumata görə, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəliblər.

Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi bürünc medala da layiq görülüb.