
Görkəmli bəstəkar Cövdət Hacıyevin anım günüdür

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycanın görkəmli bəstəkarı, incəsənət xadimi, “Şöhrət” ordeninə layiq görülən Cövdət Hacıyevin vəfat etməsindən 21 il ötür.
Sənətkar 1917-ci il iyunun 18-də Nuxa (Şəki) şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra, 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938-1941-ci illərdə isə Moskva Konservatoriyasında oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib.
1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışıb.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynayan Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərib. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olub.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunub. Cövdət Hacıyev 2002-ci il yanvarın 18-də, ömrünün 85-ci ilində vəfat edib. Rəqqasə Əminə Dilbazinin həyat yoldaşı olub.
Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib.
Qara Qarayevlə birgə bəstələdiyi “Vətən” operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan birhissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə Stalin mükafatına layiq görülüb.
Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. Cövdət Hacıyev həmçinin kiçik simfoniya, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.
Cövdət Hacıyevin “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. “Şəhidlər” simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.
Cövdət Hacıyevin “Onu zaman seçib” adlı səkkizinci simfoniyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunub.
Qeyd edək ki, Cövdət Hacıyev 26 aprel 1958-ci ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi”, 24 may 1960-cı ildə “Azərbaycan SSR xalq artisti” fəxri adlarına layiq görülüb.
25-03-2023, 21:14
"Qızımın gələcəyi üçün onu bağışlamışam"
25-03-2023, 21:11
Ərdoğan Putinlə danışdı
25-03-2023, 21:08
Türkiyənin yeni amfibiyası: Arsenala daxil edildi
25-03-2023, 21:04
Hacı Nuranın səhhətində problem yarandı
25-03-2023, 21:01
Ermənilər Şuşa qalasının “İrəvan” qapısını qəsdən dağıdıblar - FOTO
25-03-2023, 20:58
Maarifçilik hərakatının öncüllərindən olan şuşalı müəllim - Nəcəf bəy Vəzirov
25-03-2023, 20:55
“Qarabağ” - “Qalatasaray” matçına gedəcək azarkeşlərin NƏZƏRİNƏ
25-03-2023, 20:53
Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
25-03-2023, 20:51
Türkiyədən Ermənistana 15 ildən sonra nazir səviyyəsində ilk səfər - FOTO
25-03-2023, 20:49
İsveçlə oyun öncəsi Azərbaycan millisində ciddi itki
25-03-2023, 20:42
Azərbaycanda ən çox nəyi sığorta etdirirlər? - AÇIQLAMA + STATİSTİKA
25-03-2023, 20:40
Şabranda qatarla traktor toqquşub, ölən var
25-03-2023, 20:38
Oqtay Əliyevin dəfnindən sonra media niyə tənqid olundu? - “Dəxli olmayan suallar, yerinə düşməyən sorğular”
25-03-2023, 20:36
Ucarda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
25-03-2023, 20:34
Bir sıra magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
25-03-2023, 20:32
Dövlət sərhədini pozmaq istəyən daha bir şəxs saxlanılıb - YENİLƏNİB + FOTO
25-03-2023, 20:29
Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
25-03-2023, 20:27
Qubadlı rayonunun Ulaşlı kəndi - FOTO
25-03-2023, 20:24
Güney Azərbaycan türkləri Brüsseldə aksiya keçirirlər, əsas tələb İranda azadlıq və ədalətdir
25-03-2023, 20:21
Azərbaycanda daha 17 nəfər COVID-19-a yoluxub, yeddi nəfər vəfat edib - FOTO
25-03-2023, 20:13
Dünya bazarında neft qiymətləri azalıb
25-03-2023, 20:12
Nazir müavini: “Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac var”
25-03-2023, 20:10
SOCAR BTC ilə Qazaxıstan neftinin tranzitinə başladı
25-03-2023, 20:07
Prezident İlham Əliyev Şarl Mişeli Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb
25-03-2023, 20:05
Türkiyəli nazir: “Azərbaycanla qardaşlığa əsaslanan əlaqələrimiz bundan sonra da inkişaf edəcək” - FOTO
25-03-2023, 20:04
Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla Cənubi Qafqazdakı son durumu müzakirə edib - FOTO
25-03-2023, 20:02
Mixail Qusman ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü