SON DƏQİQƏ
gundem / hadise

Gəncədə iki nəfər dəm qazından zəhərləndi



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Gəncədə iki nəfər dəm qazından zəhərlənib.


APA-nın məlunatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb.

1970-ci il təvəllüdlü Mayıl Abdulayev və 1975-ci il təvəllüdlü Ruhiyyə Bağırova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşdıqları evdə dəm qazından zəhərləniblər.