Pakistanda terror aktından sonra İslamabadda təhlükəsizlik gücləndirilib
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Pakistanda baş verən terror aktlarından sonra paytaxt İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib.
azturktv.az xəbər verir ki, özəl təhlükəsizlik planı tətbiqi bütün şəhərdə həyata keçirilib.
Şəhərin 25 fərqli yerində müvəqqəti təhlükəsizlik məntəqələri yaradılıb, baş nazirin, nazirliklərin və parlament binasının yerləşdiyi qırmızı zonanın girişlərinə kameralar yerləşdirilib.
Vətəndaşlardan və əcnəbilərdən şəxsiyyət vəsiqələrini özləri ilə götürmələri xahiş olunub.
2 həftə ərzində bütün şəhərdə izdihamlı yığıncaq və mitinqlər qadağan edilib.