SON DƏQİQƏ
gundem / siyaset

Əli Əsədov SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ - SOCAR) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.