• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
3.12.22 19:51
gundem / sosial

Əlilliyi olan şəxslər sosial müdafiə və reabilitasiya tədbirləri ilə əhatə olunublar



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd edilir və məqsəd ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların problemlərinin həllinə yönəltməkdir.

Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanda əlilliyi olan şəxslər məqsədyönlü sosial müdafiə və reabilitasiya tədbirləri ilə əhatə olunublar.

Ölkəmiz hələ 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub və bu Konvensiya ilə üzərinə düşən öhdəlikləri, o cümlədən əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin həmin sənədə uyğun təkmilləşdirilməsi işlərini uğurla yerinə yetirir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə pensiya və ya aylıq sosial müavinətlə, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər aylıq müavinətlə təmin edilir.

Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ödənilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü verilir. Həmin sosial ödənişlərin ötən dövrdə ardıcıl artırılması təmin olunub. Xüsusilə son 4 ildə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 77 faiz, müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının dəstəklənməsində mühüm rola malikdir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə 14 təlim istiqamətindən əlavə son bir ildə daha 8 fəaliyyət istiqaməti üzrə təlimlər təşkil olunub. Burada 281 benefisiardan 200-ə qədəri əlilliyi olan şəxslər və şəhid ailələri üzvləri, digərləri valideyn himayəsindən məhrum şəxslər, aztəminatlı ailələrin üzvləridir. Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində yaradılan Regional İnformasiya Mərkəzləri də əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə xidmət edir.

Son 4 ilin geniş miqyaslı sosial islahatlarının mühüm istiqaməti kimi, ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub, həmçinin ötən il Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Görülən işlər reabilitasiya xidmətləri göstərilən əlilliyi olan şəxslərin illik sayının 4 dəfə artmasına imkan verib. Qeyd edək ki, gələn ilin ilk aylarında Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzi açılacaq. Ölkəmizin işğaldan azad edilmiş bölgələrində həyata keçirilməsi planlaşdırılan sosial layihələr çərçivəsində Kəlbəcərdə də yaxın illərdə Reabilitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur.

Yaradılan müasir reabilitasiya infrastrukturu müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin keyfiyyətli reabilitasiya xidmətləri ilə əhatə olunmasında da mühüm potensialdır. Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 2650-dək şəxs həmin müəssisələrdə reabilitasiya xidmətləri, 1750 şəxs isə 29 054 reabilitasiya vasitəsi ilə təmin olunub. Həmçinin 2020-ci ilin dekabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlə təminatına başlanıb və artıq 376 hərbçinin 391 son nəsil protezlə təminatı həyata keçirilib.

Ölkədə əlilliyin qiymətəndirilməsi də e-sistem üzərindən şəffaf şəkildə icra edilir. 2022-ci ilin iyul ayından Azərbaycanda əlilliyin qiymətləndirilməsi artıq ənənəvi 3 dərəcə əsasında deyil, mütərəqqi dünya təcrübəsinə uyğun yeni meyarlarla - orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirilir.

Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ümumrespublika yarış və müsabiqələri, sərgilər də təşkil edilir. Qeyd edilənlər, habelə əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının artırılması, paralimpiya hərəkatının genişlənməsi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələrindən ibarət kitab-albomların nəşri və s. istiqamətlərdə ardıcıl tədbirlər ölkəmizdə həmin şəxslərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarını göstərir.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:56 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
20:52 İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
20:48 İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
20:45 Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib
20:41 Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
1.08.26 20:56
İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
1.08.26 20:52
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
1.08.26 20:48
Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib
1.08.26 20:45
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
1.08.26 20:41
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.