Deputat qaytarılan ƏDV-nin 20 faizə çatdırılmasını təklif etdi
gundem / iqtisadiyyat
Oxunub: 4
23 noy 2022 | 17:59


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, gələn ildən “ƏDV geri al” qaydalarının dəyişdirilməsi nəzərdə tutulur”.

Bunu deputat Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.

V.Bayramov vurğulayıb ki, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.

Təqdim edilən dəyişikliklər dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ikinci oxunuşda müzakirə olunub.

“Təbii ki, dəyişikliklər qeyri-nağd ödənişlərin stimullaşdırılması baxımdan vacibdir. “ƏDV geri al” mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institusional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılması məqsədi daşıyır. Bu, iqtisadiyyatın ağardılması islahatlarının dərinləşdirilməsi baxımından vacib idi. Bununla yanaşı, komitə iclasında müzakirələr zamanı nağdsız əməliyyatlara görə qaytarılan ƏDV-nin 15 faizdən 17,5 faizə deyil, 20.0 faizə atırılmasını təklif etdim. Nağdlı ödənişlər üzrə 5 faiz bəndi azalmanın olduğunu nəzərə alsaq, nağdsız ödənişlər üzrə oxşar həcmdə artım məqsədəuyğun olardı. Bu, plastik kartlardan istifadəyə marağı daha da artırardı. Bütövlükdə, Vergi Məcəlləsinə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və dəyişikliklər real sektorun yeni güzəştlərdən faydalanmasına imkan yaradacaq”, - deyə deputat qeyd edib.
Dünən, 20:04
Türkiyədə məktəblərə bu səbəbdən 5 gün tətil verildi
Dünən, 20:00
FİFA Serbiya və Xorvatiyanı cərimələdi - FOTO
Dünən, 19:57
“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb
Dünən, 19:53
Direktordan Kukla Teatrında aparılan yoxlamalarla bağlı AÇIQLAMA
Dünən, 19:48
Artıq “YAŞAT” Fonduna yardım edənlər sertifikat alacaqlar
Dünən, 19:43
Reanimasiyaya yerləşdirilən Aftandil İsrafilovdan xoş xəbər var
Dünən, 19:40
DİM-dən imtahanlarla bağlı YENİLİK
Dünən, 19:38
Biləsuvarda avtomobil aşıb: Dörd nəfər xəsarət alıb
Dünən, 19:30
Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarladı
Dünən, 19:28
İlin sonunadək Türkiyə ilə Ermənistan arasında hava yolu ilə yükdaşımalar başlayacaq
Dünən, 19:25
Özbəkistan Rusiya ilə “qaz ittifaqı”ndan imtina etdi
Dünən, 19:21
Ceyhun Bayramov Öcal Oğuzla görüşdü - FOTO
Dünən, 19:16
Prezident prokurorluq işçiləri ilə bağlı qanunda dəyişiklik etdi
Dünən, 19:11
Meksikanın yeni səfiri Bakıya gəldi
Dünən, 19:09
Cahit Bağçı Bakıdakı Türkiyə xüsusi təyinatlıları ilə görüşüb - FOTO
Dünən, 19:07
Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşüb - FOTO
Dünən, 19:02
Aygün Attar: “UNESCO ermənilərin Qarabağdakı vəhşiliklərinə göz yumub”
Dünən, 18:59
Hərbi Prokurorluqda ümummilli liderin anım mərasimi keçirilib - FOTO
Dünən, 18:54
Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının görüşü keçirildi - FOTO
Dünən, 18:51
İlham Əliyev Leyla Əliyevanın çəkdiyi rəsm əsərini Albaniyanın Baş nazirinə hədiyyə edib - FOTO
Dünən, 18:49
Azərbaycan Prezidenti: “Biz Tiranada səfirlik açırıq”
Dünən, 18:47
Azərbaycanın baş prokuroru Rusiyada səfərdədir - FOTO
Dünən, 18:45
İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
Dünən, 18:43
Azərbaycan-Türkiyə sərhəd-buraxılış məntəqələrində nəqliyyatın keçidi sürətlənəcək
6-12-2022, 19:53
"Altın Kelebey"i Azərbaycandan onlar aldı
6-12-2022, 19:49
Zelenski Donbasdan xalqa müraciət etdi
6-12-2022, 19:46
Putin Kırım körpüsünə baş çəkib