• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
11.11.22 19:33
gundem / siyaset

Şahdağ Milli Parkına marallar buraxılıb - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində ilk maralların buraxılması mərasimi keçirilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən reintroduksiya layihəsi nəcib maralların ilkin olaraq Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsini və daha sonra ölkənin müxtəlif bölgələrində maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılmasını nəzərdə tutur. Buraxılan ilk marallar Bakı Zooloji Parkı tərəfindən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması üzrə IDEA İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində təqdim edilib.

Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş maral keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, həmçinin Talış dağlarının meşələrində, Kür və Araz çaylarının tuqay meşələrində yaşayıb. Talış meşələrində sonuncu maral 100 il əvvəl, 1922-ci ildə vurulub. Hazırda nəcib maralların yaşama qabiliyyətli populyasiyalarına yalnız Böyük Qafqazda rast gəlinir. Bu dəyərli növün meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, onun populyasiyasının bərpa edilməsi təbiətimiz üçün olduqca mühüm əhəmiyyətə malikdir.

Son vaxtlar nəsli kəsilməkdə olan fauna növlərinin populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi məqsədilə ölkəmizin müxtəlif yerlərində, o cümlədən işğaldan azad edilmiş ərazilərində reintroduksiya layihələri həyata keçirilir. Belə ki, 2022-2023-cü illər ərzində nadir fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, eləcə də, balıq və yırtıcı quş növlərinin öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.

Ümumiyyətlə, dövlət səviyyəsində Azərbaycanda reintroduksiya layihələrinə geniş diqqət ayrılır. Bu xüsusda, cari ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Cəbrayıl rayonu ərazisinə ceyranların buraxılması mərasimini qeyd etmək olar.
Həmçinin qeyd edilməlidir ki, 2019-cu ildən etibarən Qafqazda nəsli kəsilmiş zubrun təbiətə qaytarılması üzrə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində Azərbaycana Avropanın müxtəlif yerlərindən zubrlar gətirilir. Həmin heyvanlar uğurla adaptasiya dövrünü keçir və aralarında təbii artım müşahidə edilir, iqlimləşmə müddətindən sonra isə onlar xüsusi adaptasiya zonasından vəhşi təbiətə buraxılır. Noyabrın 23-də daha 9 baş zubrun Azərbaycana gətirilməsi planlaşdırılır.

Nəcib marallar və digər qiymətli növlərin Azərbaycanda biomüxtəlifliyin daha da zənginləşdirilməsində rolunu nəzərə alaraq, layihənin təşkilatçıları ölkə ictimaiyyətini maralların sayının bərpa edilməsi, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkə hesabında maralların vəhşi təbiətə buraxılması ilə bağlı paylaşım edib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

22:24 Hakan Fidan sabah Misirə səfər edəcək
22:20 Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
22:18 Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
22:16 Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
22:13 Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
21:55 U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
21:53 Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - YENİLƏNİB
21:49 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb
21:47 "DOST Müfəttiş" layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb
21:45 Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
21:40 Yevlaxda avtomobillərin toqquşması iki nəfərin ölümünə səbəb olub
21:37 Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır
21:32 Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
21:28 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
21:25 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
21:21 Zəngəzur dəhlizi açılandan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti çəkiləcək
21:18 İlham Əliyev: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
21:11 XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
21:06 Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb
20:58 Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksi tikiləcək
20:53 Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
21:47 Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib
21:44 Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
21:42 İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
21:36 Naxçıvandakı "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.