SON DƏQİQƏ
gundem / hadise

Bakı-Qazax yolunda ağır qəza: “Mercedes” ZİL-ə çırpıldı



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

azturktv.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Belə ki, Bakı-Qazax yolunda hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil yük maşınına çırpılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılır:

“Hərəkətdə olan “Mercedes-Benz” markalı 10-VR-710 dövlət nömrəli nişanlı avtomobil nasazlıq səbəbindən yolun sağ hərəkət zolağında dayanan 19-BJ-923 dövlət nömrə nişanlı ZİL markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır”.