Gədəbəydə sürücü iki məktəblini avtomobillə vurdu
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Gədəbəyin Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, “Volkswagen Passat” markalı avtomobil iki azyaşlı məktəblini vurub.
Qəza zamanı xəsarət alan məktəblilər Gəncə Şəhər Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.