• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
14.10.22 20:44
gundem / iqtisadiyyat

KOB Fest sərgi-satış yarmarkasında 80-ə yaxın KOB-un məhsulları satılır - FOTO




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Oktyabrın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı Bulvarında (Kukla Teatrının arxasında) ilin son “KOB Fest” – sərgi-satış yarmarkası öz işinə başlayıb.

Yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi, satış imkanlarının genişləndirilməsi, yerli məhsulların tanıdılması və KOB-ların satış bacarıqlarının artırılmasıdır.

Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edilir və satılır. Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksesuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. nümayiş olunur.

“KOB Fest”də həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən suvenir istehsalı müəssisəsində istehsal olunmuş hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri sərgilənir. Qeyd edək ki, suvenir istehsalı müəssisəsi “Cocuq Mərcanlının İnkişafı” Fondu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), KOBİA, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə yaradılıb.

Festival çərçivəsində mədəni-əyləncəli proqram da təşkil edilib.

Sərgi-satış yarmarkası oktyabrın 15-dək saat 10.00-dan 18.30-dək açıq olacaqdır.

Sərginin açılışında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların satış imkanlarının genişləndirilməsinə göstərilən dəstək, “KOB Fest” sərgi-satış yarmarkaları barədə məlumat verib. Qeyd edilib ki, 2022-ci ilin aprel ayından başlayaraq Bakı, Gəncə, Şəki, Lənkəran, Sumqayıt, Şəmkir və Qubada 7 “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub. “KOB Fest”lərdə ümumilikdə 450-dən çox sahibkarlıq subyekti və sənətkarların 4 mindən çox çeşiddə məhsul və xidmətləri təqdim edilib, satışına imkan yaradılıb.

Tədbirdə həmçinin, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək sərginin KOB-ların satış imkanlarının genişləndirilməsində əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Oxşar Xəbərlər

backend
Şəki şəhərində “KOB Fest” sərgi-satış yarmarkası keçirilib - FOTO
22.07.22 21:06
gundem / bolge
backend
Qubada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək - FOTO
14.06.22 19:39
gundem / iqtisadiyyat
backend
Gəncədə KOB Fest sərgi-satış yarmarkası keçirilib - FOTO
13.05.22 20:59
gundem / iqtisadiyyat
backend
Şəmkirdə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək - FOTO
6.05.22 20:30
gundem / iqtisadiyyat
backend
Regionlarda KOB-ların məhsullarının satışına dəstək məqsədilə yarmarkalar – “KOB Fest” təşkil olunacaq
29.04.22 19:59
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

22:12 Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
22:09 Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
22:07 Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
22:03 Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:00 XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
21:56 DÇ-2026: Kanada - Mərakeş matçında ikinci qol vurulub - YENİLƏNİR-4
21:50 "Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəlib
21:42 "Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
21:38 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
21:34 Ağdamda ata və iki övladı su anbarında batıb
21:27 Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb
21:24 Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
21:16 İlham Əliyev Donald Trampı təbrik edib
21:14 Azərbaycan XİN ABŞ-ni təbrik edib
21:08 Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik
21:31 İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
21:28 İlham Əliyevin Ursula Fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
21:19 Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir
21:11 Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
21:06 Abşeronda "2 iyul – Azərbaycan Polisi Günü" qeyd edilib
19:57 Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
19:53 Leyla Əliyeva və Arzu Əliyeva "CandyFest" yay festivalını ziyarət edib və "Sehrli mirvari" su sirki şousunu izləyiblər
19:49 Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər
19:43 Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
19:38 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
4.07.26 22:12
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
4.07.26 22:09
Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
4.07.26 22:07
Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
4.07.26 22:03
XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
4.07.26 22:00
DÇ-2026: Kanada - Mərakeş matçında ikinci qol vurulub - YENİLƏNİR-4
4.07.26 21:56
backend
Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
4.07.26 22:12
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
4.07.26 22:09
Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
4.07.26 22:07
Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
4.07.26 22:03
XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
4.07.26 22:00
DÇ-2026: Kanada - Mərakeş matçında ikinci qol vurulub - YENİLƏNİR-4
4.07.26 21:56

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.