• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
29.08.22 21:03
gundem / siyaset

Qətərdə Leyla Əliyevanın kitabının təqdimatı keçirildi - FOTO





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

28 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi və “Katara” Mədəniyyət Şəhərciyi Fondunun təşkilatcılığı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Kitabın təqdimat mərasimində “Katara” mədəniyyət şəhərciyinin Baş direktoru D-r Khalid İbrahim Əl-Sulayti, Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad İsmayılov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Mehmet Mustafa Göksu, həmçinin Qətərdə akkreditə olunan bir sıra ölkələrin səfirləri və diplomatik heyəti, Qətərdə fəaliyyət göstərən Media nümayəndələri, eyni zamanda Qətərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfiri Rəşad İsmayılov tədbirdə çıxış edərək, Leyla Əliyeva poeziyasının dərin fəlsəfi çalarlarından, özünəməxsusluğundan söz açıb və "Dünya yuxutək əriyir" kitabının ərəbcə versiyasının ilk dəfə Qətərdə təqdim olunduğunu bildirib. Səfir, oxuculara təqdim olunan bu şeirlər toplusunda “Getmə, ana”, “Hərənin öz sonu”, “Qu quşu”, “Kəpənək”, “Hər birinin sonu var”, “Pərvanə”, və digər təsirli şeirlərin olduğunu qeyd edib.

Səfir R.İsmayılov, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası barədə də məlumat verərək, burada əsas məqsədinin beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaq olduğunu qeyd etmiş və bu kompaniya çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzünün ifşa olunduğunu diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, təqdimatı keçirilən kitabın fərqli xüsusiyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır. O, gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss olunur.

Günay Əfəndiyeva əlavə etmişdir ki, mədəniyyət və ədəbiyyat münasibətlərin, mədəniyyətlərarası dialoqun davam etdirilməsində mühüm rol oynayır. O, Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş və bu gün burada təqdim olunan kitabının da müasir dövrdə bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.

Leyla Əliyeva Azərbaycanın ictimai həyatında xüsusi yer tutur. Onun qocalara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi yardım və qayğı həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaxşı tanınır. Bütün bunları bir araya gətirsək, deyə bilərik ki, onun zərif qəlbi var və bu, onun şeirlərində, rəsmlərində, eləcə də xeyirxah əməllərində hiss olunur.

Qeyd edək ki “Dünya yuxutək əriyir…” kitabının dizaynında Leyla Əliyevanın müəllifi olduğu rəsm əsərlərindən nümunələr əks olunub.

Daha sonra, Leyla Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş qısa sənədli film nümayiş olunub.

Eyni zamanda qeyd etmək lazımdır ki, “Katara” Mədəniyyət Şəhərciyində keçirilmiş Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi haqqında Qətərin ingilis dilli “Gulf Times” və “The Peninsula” qəzetlərində geniş məqalələr dərc olunmuş, həmçinin “Katara” Mədəniyyət Şəhərciyinin rəsmi saytında və sosial şəbəkələrində məlumatlar yerləşdirilib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
19:55 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB-2
19:49 İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
19:46 İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
19:39 II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd mübadilə edilib - YENİLƏNİB
19:29 Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
19:25 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
19:21 Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib
19:18 Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
19:13 Azərbaycan-Mərakeş münasibətlərinin mövcud vəziyyəti nəzərdən keçirilib
19:09 Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
21:16 Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
21:14 Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
21:11 Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
26.09.26 20:56
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
26.09.26 20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
26.09.26 20:41
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26.09.26 20:39
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
26.09.26 20:37
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
26.09.26 20:34
backend
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
26.09.26 20:56
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
26.09.26 20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
26.09.26 20:41
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26.09.26 20:39
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
26.09.26 20:37
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
26.09.26 20:34
backend
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
26.09.26 20:56
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
26.09.26 20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
26.09.26 20:41
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26.09.26 20:39
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
26.09.26 20:37
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
26.09.26 20:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.