Göyçayda QƏZA: Avtomobil traktora çırpıldı
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Göyçayda avtomobil traktora çırpılıb.
azturktv.az-ın məlumatına görə, Göyçay rayonunun Kürdəmiş kəndi ərazisində VAZ-2106 markalı avtomobil gecə saatlarında yolun kənarında dayanan traktora çırpılıb.
Nəticədə VAZ-ın sürücüsü Valik Səmədov və sərnişinləri, Çaxırlı kənd sakinləri -1969-cu il təvəllüdlü Sənan Səlimov və 1977-ci il təvəllüdlü Elşad Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.