Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi - FOTO
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Türkiyənin Bakıdakı səfirliyi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
azturktv.az xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.
“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, - deyə, təbrikdə deyilir.