• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
4.06.22 21:44
gundem / iqtisadiyyat

Ekspert: “Azərbaycanın enerji-nəqliyyat dəhlizi kimi regionda rolu daha da artacaq” - FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Xəzər regionunun karbohidrogen ehtiyatları, bu region üzərindən dünyaya açılan dəhliz, ixrac gücləri, neft təchizatı heç də Fars körfəzinin enerji ehtiyatlarından və bu körfəzdən dünyaya açılan enerji-nəqliyyat dəhlizlərindən geri qalmır”.

Bu barədə açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

“1991-ci ildən Xəzər regionunun karbohidrogen ehtiyatları daim dünyanın diqqət mərkəzində olub. Hazırda dünyada üç aparıcı enerji arteriyası mövcuddur. Birincisi Fars körfəzi ilə Asiya-Sakit okean ölkələrini birləşdirən enerji-nəqliyyat dəhlizidir. Bu dəhliz vasitəsilə Asiya-Sakit Okean bazarlarına gün ərzində orta hesabla 14 milyon barel neft ixrac edilir. İkincisi Rusiya ilə Avropanı birləşdirən enerji arteriyasıdır. Bu arteriya üzərindən gün ərzində tək xam neft ixracı orta hesabla 2,5-2,6 milyon bareldir. Üçüncü enerji arteriyası Kanada ilə ABŞ-ın neft emalı zavodlarıdır. Kanada ilə ABŞ-ı birləşdirən bu neft təsisatlarının gündəlik ixrac imkanları dörd milyon barelə yaxındır.

Xəzər regionu isə öz ehtiyatları və ixrac imkanlarının perspektivi ilə heç də Fars körfəzindən geri qalmır. Azərbaycanın formalaşdırdığı ixrac gücləri digər sadaladığım ölkələrin ixrac güclərindən zəif deyil. Əksinə, biz təchizatçı dövlət olaraq öz neft təsisatlarımız və ixrac güclərimiz vasitəsilə dünya bazarında süni qiymət artımına nail olmadan daim bazara müsbət siqnallar yönəldirik”, - deyə o qeyd edib.



Ekspert Azərbaycanın öz neft-qaz təsisatları və ixrac güclərinə görə digər ölkələrdən fərqinə də toxunub:

“Biz davamlı, dayanıqlı və təhlükəsiz tədarük imkanlarına malikik. Məsələn, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Qərb İxrac Boru Kəmərinin, Cənub Qaz dəhlizinin ixrac və tədarük imkanları digər ölkələrin neft və qaz ixrac gücləri və təsisatları ilə müqayisədə çox üstün mövqeyə malikdir.

Bu il Ukraynada baş verən hadisələrdən sonra Mərkəzi Asiya ölkələrinin çoxu Azərbaycan üzərindən dünya bazarlarına çıxır. Qazaxıstan neftinin müəyyən bir hissəsi, Türkmənistanın neft və neft məhsullarının böyük hissəsi, neft-kimya məhsulları, karbamid, müxtəlif markalı polietilen məhsulları, Özbəkistanın texniki kükürdü, karbamidi Azərbaycan üzərindən dünya bazarlarına tədarük edilir. Bu isə o deməkdir ki, Azərbaycan yeni enerji-nəqliyyat dəhlizi rolunu qarşıdakı illərdə daha da artıracaq”.



Z.Vəliyev bu yaxınlarda keçirilən Bakı Enerji Həftəsi və Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin əhəmiyyətindən də danışıb:

“Hazırda enerji bazarlarının yenidən qurulmasına, neft və qaz axın xəritəsinin yenidən cızılmasına start verilib. Dünyanın enerji təhlükəsizliyi üçün yeni mənbələrin tədqiqi, fəaliyyətdə olan ixrac güclərinin faydalı iş əmsalının, layihə gücünün artırılması məsələləri gündəmdədir. “Əsrin müqaviləsi” imzalanandan bəri Azərbaycanda enerji sahəsində müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərdə səsləndirilən fikirlər, yeni əməkdaşlıq platformaları, yeni əməkdaşlıq perspektivləri dünya enerji bazarlarına və qlobal enerji təhlükəsizliyinə daim müsbət siqnallar yönəldir. Bakıda keçirilən son tədbirin əhəmiyyəti qarşıdakı illərdə dünyanın enerji təhlükəsiziyinin təmin edilməsi baxımından öz təsirini göstərəcək. Bizim ixrac gücləri və təsisatlarımız qarşıdakı illərdə də öz cəlbediciliyini qoruyub-saxlayacaq”.

Oxşar Xəbərlər

backend
“Yaşıl enerji”nin inkişafı qeyri-neft sektorunda əlavə dəyər yaratmağa imkan verəcək
16.03.22 20:39
gundem / iqtisadiyyat
backend
Neft qiymətlərində kəskin artımlar potensial riskləri formalaşdırır - ŞƏRH
17.02.22 20:28
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

20:56 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
20:52 İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
20:48 İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
20:45 Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib
20:41 Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
21:46 İraqın Baş naziri Türkiyədə səfərdədir
21:43 Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
21:40 Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
21:38 Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
21:35 Sibiqa və Əraqçi İranın mülki gəmisi ilə bağlı insidenti müzakirə edib
21:33 Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
21:29 Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
21:26 Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
21:24 Dünya çempionatı: Zöhrab Səfərov təsnifat mərhələsində ilk görüşünü keçirib
21:18 İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb
21:15 Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
21:12 Media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil edilib
21:09 Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
21:06 Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb
21:03 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
21:01 Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:58 Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
20:56 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
20:53 Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
20:50 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
1.08.26 20:56
İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
1.08.26 20:52
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
1.08.26 20:48
Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib
1.08.26 20:45
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
1.08.26 20:41
İraqın Baş naziri Türkiyədə səfərdədir
28.07.26 21:46

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.