İstanbulda fabrikdə güclü partlayış: Ölən və yaralananlar var
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda boya fabrikində partlayış və yanğın baş verib.
Nəticədə üç nəfər dağıntılar altında qalaraq həyatını itirib, doqquz nəfər yaralanıb.
Yanğın ətrafdakı bəzi iş yerlərinə və meşəlik əraziyə də təsir edib. Partlayışlar nəticəsində həmin ərazilərdə dağıntılar yaranıb.
Hadisə yerinə çox sayda xilasetmə qüvvələri cəlb edilib.
Faktla bağlı araşdırma başladılıb.