SON DƏQİQƏ
gundem / sou

Gülay Zeynallı qızı ilə Kappadokiyanı qarış-qarış gəzdi - FOTO








MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Müğənni Gülay Zeynallı qızı Sahilə ilə Türkiyəyə istirahətə yollanıb.

azturktv.az-ın məlumatına görə, Gülay bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İstirahət üçün Türkiyənin Kappadokiya bölgəsini seçən Gülay dünyanın hər yerindən turistləri özünə cəlb edən möcüzəli məkanı qarış-qarış gəzib.

Zeynallı Kappadokiya ərazisində yerləşən “Asmalı konak”da da olub. İfaçı bir zamanların reytinqli serialının ekranlaşdırıldığı malikanədə foto və videolar çəkdirib.