• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
9.04.22 20:56
gundem / cemiyyet

“Yaşıl Marafon 2022” kampaniyası çərçivəsində Abşeronda iki min ağac əkildi - FOTO






MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası aprelin 9-da Xocasən qəsəbəsində keçirilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına bu dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional ofisinin əməkdaşları da böyük ruh yüksəkliyi ilə qoşulublar.

Aksiya zamanı üç hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 2000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümləri müddətində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, builki “Yaşıl Marafon” çərçivəsində Azərbaycanda, xüsusən də Abşeron yarımadasında yaşıl dəhlizlərin yaradılması, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsi planlaşdırılır ki, bu xüsusda yamaclarda terraslar hazırlanacaq, ağacların əhatəsi təbii sutoplayıcı formaya salınacaq və yağış sularının ağacların suvarılmasına yönəldilməsi mümkün olacaq. Bununla torpaq eroziyasının qarşısı alınacaq, torpağın hava, su keçiriciliyi və münbitliyi artacaq, nəticədə daha yüksək bitiş faizi əldə ediləcək, eləcə də həmin sahələrdə suvarma suyuna qənaət edilmiş olacaq.

Bununla yanaşı, kampaniya ölkənin açıq meşə fondu torpaqlarında 1000 hektar ərazidə yaz və payız əkin mövsümləri müddətində meşəcinsli ağacların əkilməsi, toxumların səpilməsi və meşə-bərpa tədbirlərinin keçirilməsini nəzərdə tutur.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdən ibarətdir.

Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

22:34 Hakan Fidan: Hörmüz boğazının statusu aktuallaşıb
22:30 Ərdoğan: "Sıfır Tullantı Hərəkatı" ilə iqtisadiyyatımıza 365 milyard lirə töhfə verdik
22:20 İsrail ordusu Beyrut ətrafında "Hizbullah" obyektinə zərbə endirib
22:13 Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
22:10 Azərbaycan nümayəndə heyəti Türkmən Milli Xalça Muzeyi ilə tanış olub
22:04 Sami Yusuf azərbaycanlı musiqiçilərin iştirakı ilə Fəsdəki festivalda çıxış edib
22:00 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
21:56 Çövkən üzrə 2-ci Dünya Çempionatının növbəti oyunları keçirilib
21:52 I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB
21:47 Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir - YENİLƏNİB
21:44 Lənkəranda avtomobil qəzası baş verib, sürücü ölüb
21:39 Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-2
21:36 Türkiyə Mərkəzi Bankı cümə axşamı faiz qərarını açıqlayacaq
21:32 OPEC+ neft hasilatı üzrə hədəf göstəricisini dördüncü dəfə artırmağa hazırlaşır
21:28 IATA növbəti Ümumdünya Hava Nəqliyyatı Sammitini Syamendə keçirəcək
21:18 İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
20:56 Azərbaycanla Türkiyə arasında "Sıfır Tullantı" konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb
21:50 Ərdoğan: Kərkükün rifahı İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıyır
21:47 Pakistanın daxili işlər naziri Tehranda səfərdədir
21:44 İsrailin Livana hücumlarında ölənlərin sayı təxminən 3 600 nəfərə çatıb
21:40 Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub
21:34 Arkadağ şəhər kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub
21:30 Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
21:25 Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi müəyyənləşib
21:22 Ümumdünya Ətraf Mühit Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: Hörmüz boğazının statusu aktuallaşıb
7.06.26 22:34
Ərdoğan: "Sıfır Tullantı Hərəkatı" ilə iqtisadiyyatımıza 365 milyard lirə töhfə verdik
7.06.26 22:30
İsrail ordusu Beyrut ətrafında "Hizbullah" obyektinə zərbə endirib
7.06.26 22:20
Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
7.06.26 22:13
Azərbaycan nümayəndə heyəti Türkmən Milli Xalça Muzeyi ilə tanış olub
7.06.26 22:10
Sami Yusuf azərbaycanlı musiqiçilərin iştirakı ilə Fəsdəki festivalda çıxış edib
7.06.26 22:04
backend
Hakan Fidan: Hörmüz boğazının statusu aktuallaşıb
7.06.26 22:34
Ərdoğan: "Sıfır Tullantı Hərəkatı" ilə iqtisadiyyatımıza 365 milyard lirə töhfə verdik
7.06.26 22:30
İsrail ordusu Beyrut ətrafında "Hizbullah" obyektinə zərbə endirib
7.06.26 22:20
Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
7.06.26 22:13
Azərbaycan nümayəndə heyəti Türkmən Milli Xalça Muzeyi ilə tanış olub
7.06.26 22:10
Sami Yusuf azərbaycanlı musiqiçilərin iştirakı ilə Fəsdəki festivalda çıxış edib
7.06.26 22:04

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.