SON DƏQİQƏ
gundem / idman

Bakıda “Formula-1” yarışı bu il tez başlayacaq



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Formula-1” üzrə Azərbaycan Qran-prisi əvvəlki illərdən fərqli olaraq tez başlayacaq.

azturktv.az-ın xəbərinə görə, 12 iyunda keçiriləcək yarış saat 15:00-da start götürəcək. Xatırladaq ki, Bakıda keçirilmiş əvvəlki beş yarışın başlanma saatı 16:00 və ya 17:00 olmuşdu.

Qeyd edək ki, “Formula-1” üzrə dünya çempionatının 2022-ci il mövsümünə sabah Bəhreyndə start veriləcək. Azərbaycan “Formula-1” üzrə səkkizinci, “Formula-2” üzrə altıncı mərhələyə ev sahibliyi edəcək.