SON DƏQİQƏ
gundem / tedbirler

Bakıda Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu keçirilib - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bakıda Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu keçirilib.

azturktv.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter” hesabında bildirib.

“Görüşdə regional məsələlər, enerji, kibertəhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və s. üzrə fikir mübadiləsi aparılıb”, - paylaşımda deyilir.